“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Dövlət idarəetməsinin obyektləri: mahiyyəti, növləri və təsir imkanları



Yüklə 0,54 Mb.
səhifə9/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   5   6   7   8   9   10   11   12   ...   57
referat 3390

2.6. Dövlət idarəetməsinin obyektləri: mahiyyəti,
növləri və təsir imkanları

Dövlət idarəetməsinin obyektləri - ilk öncə insanların maddi və mənəvi nemətlərin istehsal üzrə fəaliyyəti və bu fəaliyyəti həyata keçirmək üçün sosial şəraitdir, istehsal prosesində insanların qurduğu münasibətlər və əlaqələrdir. İdarəetmə subyekti kimi dövlət idarəetmə prosesində bu əlaqələridə tənzimləyir.
Sistemli yanaşma baxımından idarəetmə obyektlərini də dövlət idarəetmə sisteminin tərkib hissələri (elementləri və ya yarımsistemləri) hesab etsək, onda obyektləri səviyyələr üzrə aşağıdakı kimi təsnifləşdirmək olar:

  • insan - özünün şüuru və davranışı, istehsal və ictimai fəaliyyəti vəhdət təşkil edən sosial-məhsuldar fəallığı;

  • adamlardan ibarət kollektivlər və birliklər;

  • bütünlüklə cəmiyyət, onun sosial qurumları, insanlar və onların birliklərinin fəallığı nəticəsində yaranan münasibət, əlaqələr və proseslər.

Sosial funksiyalardan asılı olaraq idarəetmənin obyektlərini aşağıdakı siniflərə bölmək olar:

  • iqtisadi - iş qüvvəsi və onların hərəkətə gətirdiyi istehsal prosesi;

  • sosial - maddi və sosial məhsulların istifadə edilməsi (istehlakı) və eyniliklə tarixən insanın təkrar istehsalı (sosial istehsalı);

  • mənəvi - müxtəlif ideyalar və baxışların formalaşması, onların şüur tərəfındən mənimsənilməsi;

  • siyasi - hakimiyyətə dair qrup və ya fərdi şəkildə öz münasibətinin formalaşması və yönümlərin hərəkətə gətirilməsi.

İdarəolunan obyektlərin xüsusiyyətlərini göstərməzdən əvvəl qeyd edək ki, sosial sistemdə bir çox idarəolunan obyektlər öz növbəsində sosial subyektlərdir və bu səbəbdən gözləmək olar ki, idarəetmə prosesində onlar təkcə avtomatik icraçı deyil, bu prosesin fəal iştirakçısıdır və mütləq deyildir ki, yalnız idarəedən subyektin maraqlarını qorumaq üçün fəaliyyətə gəlirlər.
Təbii ki, müxtəlif maraq daşıyıcıları kimi, bu obyektlərin fəaliyyətini qaydalar çərçivəsinə salmaq üçün dövlət idarəetmə subyekti (əsas subyekt - dövləti diqqətdə saxlamaqla) məhz hüquqi, inzibati-siyasi, sosial-iqtisadi məzmunlu hakimiyyət gücünü tətbiq etmək səlahiyyətinə malikdirlər.
İdarəolunan obyektin bu xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

  • idarəolunan obyektlər müvafiq idarəetmə subyektlərinə nisbətən prioritetlərə malikdirlər, çünki məhz onların ictimai istehsalat fəaliyyəti cəmiyyət üçün önəmlidir və insanların həyat fəaliyyəti üçün əsas rol oynayır. Dövlət idarəçiliyinə yalnız mövcud olan çoxsaylı fəallıqları tənzimləyən sistem kimi obyektiv zərurət vardır;

  • idarəolunan obyektlər öz fəaliyyəti prosesində təbii və ictimai-tarixi şəraiti və qanunauyğunluqları birbaşa qavrayırlar və bunlara uyğun olaraq öz fəaliyyət texnologiyalarını işləyib hazırlayırlar (“insan-təbiət”, “insan- texnika” münasibətləri və.s.) və dövlətin tənzimləyici müdaxiləsi səmərəli olmaq üçün bu məqamları nəzərə almalıdır;

  • idarəolunan obyektlərin öz fıziki (sosial) mahiyyətinə uyğun olan formalaşma, ictimai status, ictimai hesabatlılıq və nəzarət cəhətlərinə görə vaxtlı-vaxtında və mümkün dərəcədə tam dolğun qaydada hüquqi müəyyənləşmədən keçməyə ehtiyacları vardır.

İdarəolunan obyektlərin xassələri:

  1. İdarəolunan obyektlərin öz-özünə fəallığı - yəni onların daxili amillərin təsiri nəticəsində (kənardan təsirlərə baxmadan) hərəkətə gəlmə qabiliyyəti - bunun məqsədi həm də ətraf mühitin elementləri ilə fəal qarşılıqlı əlaqələr yaratmaq əsasında onun məqsədyönlü dəyişməsi, bu mühitlə qarşılıqlı tarazlıq vəziyyəti və ona uyğunlaşma durumuna nail olmaqdan ibarət ola bilər;

  2. İnsanların öz-özünə fəallığı həmişə məqsədyönlü xarakteri, konkret predmetlərə, hadisə, münasibət və nəticələrə yönəlməsi ilə seçilir;

  3. İnsanın təbiət və sosial varlığın şəraitləri və amillərinə uyğunlaşma, adaptasiya qabiliyyəti yaşamın təbii və sosial mühitinin sonsuz sayda təzahürlərini əks etdirmək imkanlarına malik olmasından xəbər verir və əks-əlaqə prinsipinə əsasən mühitin təsirlərini elə tərzdə qəbul etməyə yönəlir ki, nəticədə özünü qoruyub inkişaf etdirmiş olsun;

  4. İnsanın özünün həyat və fəaliyyəti idarəetməsi. Obyektiv gerçəkliyin qavranması əsasında mümkün olur və müəyyən sosial-psixoloji uyğunlaşma şəraitində baş verir, mahiyyətcə müstəsna həyati tələbatların yaranmasına cavab olaraq mənafelər və iradələrin qarşılanmasının ortaq xətti kimi nəticə reaksiyası şəklində çıxış edir;

  5. İdarəolunan obyektlər ictimai sistemin törətdiyi obyektiv şəraitdən və amillərdən asılıdır və özünün təşkil olunması və fəaliyyətində bunları təkrarən bərpaetmə amilləri ilə səciyyələnir.

Beləliklə, sadalanan idarəetmə obyektlərinə xas olan əsas əlamətlər dövlət idarəçiliyi sistemində də obyektiv qanunauyğunluq kimi özünü biruzə verəcəkdir və idarəetmə subyekti özünün idarəetmə strategiyası və siyasətini qurarkən bu obyektiv şərtləri və məhdudiyyətləri nəzərə almalıdır, əks halda onun idarəetmə fəaliyyəti qismən və ya tam səmərəsiz ola bilər.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin