0 Ə-C.İ.Əhmədov N. T.Əliyev m e y V ə V ə t ə r ə V ə z I n ə M t ə Ə Ş Ü nasl I ğ I (Dərslik)



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix01.01.2017
ölçüsü3,77 Mb.
#4002
  1   2   3   4   5   6   7   8   9   ...   30

 

 

0



 

Ə-C.İ.Əhmədov 

N.T.Əliyev 

 

 

 

 

 

 

 

M E Y V Ə     V Ə    T Ə R Ə V Ə Z İ N 

Ə M T Ə Ə Ş Ü N A S L I Ğ I 

(Dərslik) 

 

 

 

 

 

 

 

 

B A K I – 2 0 0 9  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1



 

Prof. Əhmdov Əhməd-Cabir İsmayıl oğlu 

Dos.Əliyev Nəbi Teymur oğlu 

 

 

 

 

 

 

 

 

 

M E Y V Ə     V Ə    T Ə R Ə V Ə Z İ N 

Ə M T Ə Ə Ş Ü N A S L I Ğ I 

(Dərslik) 

 

 

 

                                                Azərbaycan Respublikası Təhsil 

                                                       Nazirliyinin 24. 06. 2009-cu il tarixli 

                                                   787 saylı əmri ilə təsdiq edilmişdir 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

B A K I – 2 0 0 9  

 

 

2



 

Rəyçilər: Azərbaycan  Kooperasiya Universiteti 



              «Əmtəəşünaslıq və ekspertiza»  

               kafedrasının müdiri, b.e.n. , dos.A.H.Xəlilov 

               Azərbaycan Dövlət Iqtisad  



               Universiteti “Istehlak mallarının  

               ekspertizası” kafedrasının dos., b.e.n. M.A.Əhmədov 

 

Elmi redaktoru: prof. Ə-C.İ.Əhmədov 

 

              Əhmədov Ə-C.İ., Əliyev N.T. Meyvə və tərəvəzin əmtəəşünaslığı. Ali 

məktəb tələbələri üçün dərslik. Bakı, ADIU-nin nəşriyyatı, 2009. 000 səh. 

 

             Dərslik təhsilin bakalavr pilləsində 320200 – “Ərzaq malları 



əmtəəşünaslığı” ixtisası üzrə qüvvədə olan tədris planı  əsasında tərtib olunmuş 

“Bitki mənşəli  ərzaq malları  əmtəəşünaslığı” fənninin proqramına  tam  uyğun 

olaraq yazılmışdır. Dərslik 9 fəsildən ibarətdir. Birinci fəsildə meyvə və tərəvəzin 

anatomik quruluşu, kimyəvi tərkibi və fiziki xassələri; ikinci fəsildə  təzə 

tərəvəzlər; üçüncü fəsildə  təzə meyvələr; dördüncü fəsildə Azərbaycanda yetişən 

yabanı meyvə-giləmeyvələr; beşinci fəsildə meyvə-tərəvəzin yetişməsi, yığılması, 

əmtəə emalı  və daşınması; altıncı  fəsildə meyvə  və  tərəvəzin saxlanılması; 

yeddinci fəsildə meyvə-tərəvəzin emalı məhsulları,  səkkizinci fəsildə göbələk və 

onun emalı məhsullarının əmtəəşünaslıq səciyyəsi  doqquzuncu fəsildə isə meüvə-

tərəvəz malarının keyfiyyətini öyrənilməsi üsulları öz əksini tapmışdır. 

     Dərslikdən tələbələrlə yanaşı meyvə-tərəvəzin tədarükü, saxlanılması, 

emalı və satışı ilə məşğul olan mütəxəssislər, gömrük təşkilatlarının əməkdaşları, 

kolleclərin müəllimləri və tələbələri də istifadə edə biləcəklər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

©

  Əhməd-Cabir, 2009 

 

 



 

 

3



ÖN SÖZ 

 

Azərbaycan Respublikasında  əhalinin zəruri  ərzaq məhsulları ilə  təmin 



edilməsi dövlətin iqtisadi siyasətində  əsas yer tutur.Bu məqsədlə ölkədə  ərzaq 

istehsalı sahəsində, xüsusilə aqrar bölmədə bir sıra köklü islahatlar aparılmışdır. 

Ərzaq məhsulları istehsalında həyata keçirilən kompleks tədbirlər bu sahənin daha 

sürətlə inkişafına  əlverişli zəmin yaratmışdır. Azərbaycan Respublikası 

Prezidentinin 2001-ci il 2 mart tarixli 640 saylı  sərəncamı ilə  təsdiq edilmiş 

«Azərbaycan Respublikasının  ərzaq təhlükəsizliyi proqramı»nda nəzərdə tutulan 

tədbirlərin həyata keçirilməsi ölkədə ərzaq təminatı ilə bağlı işlərin daha səmərəli 

aparılmasına təkan vermişdir. 

Hazırda dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına və emal 

müəssisələrinə geniş texniki və maliyyə  dəstəyi göstərilir. Odur ki, son illər 

respublikada meyvə-tərəvəzin və onun emalı məhsullarının istehsalı ilbəil artır. 

Meyvə-tərəvəz məhsulları insan orqanizminin mineral maddələr və 

vitaminlərlə  təmin edilməsində  əvəzsiz qida məhsullarıdır. Meyvə-tərəvəzlər 

vitaminlərin və mineral maddələrin mənbəyidir. Meyvə-tərəvəzin tərkibində 

orqanizmdə asan mənimsənilən karbohidratlar, o cümlədən  şəkərlər və nişasta 

vardır. Üzvi maddələrdən meyvə-tərəvəzlərdə üzvi turşular, aşı və boya maddələri, 

pektin maddələri,  ətirli maddələr və digər bioloji fəal maddələr vardır. Meyvə-

tərəvəzin tərkibi onun növündən və sortundan, yetişmə  dərəcəsindən, yığılma 

müddətindən, torpaq-iqlim şəraitindən, emalından, saxlanılma üsullarından və 

müddətindən çox asılıdır. 

Təzə meyvə  və  tərəvəz istehsalının mövsümi xarakter daşımasına 

baxmayaraq, bunlar il boyu gündəlik qidanın tərkibinə daxil olmalıdır. Müəyyən 

olunmuş fizioloji normaya əsasən, orqanizmin normal fəaliyyəti üçün hər adam 

ildə orta hesabla 106 kq meyvə-giləmeyvə və üzüm (gündə ən azı 300 qram), 110 

kq kartof (gündə 300-350 qram), 130 kq tərəvəz və bostan məhsulları (gündə 350-


 

 

4



400 qram) istehlak etməlidir. Ilin bütün mövsümlərində lazımi qədər meyvə-

tərəvəz istifadə edə bilmək üçün onları müxtəlif üsullarla konservləşdirirlər. 

Meyvə-tərəvəzin yetişməsi və saxlanılması dövründə onların tərkibindəki 

maddələr kəmiyyət və keyfiyyət dəyişikliklərinə uğrayır. Bu proseslərin məhsulun 

keyfiyyətinə  təsiri cəhətdən öyrənilməsi və istehlaka verilən meyvə-tərəvəz 

məhsullarının keyfiyyətinin normativ-texniki sənədlərə uyğunluğunun müəyyən 

edilməsi yüksək ixtisaslı əmtəəşünaslar üçün vacib məsələlərdəndir. 

Müasir dövrdə  ərzaq məhsullarının, o cümlədən meyvə-tərəvəzin 

keyfiyyətinə ekoloji amillər də təsir göstərir. Odur ki, meyvə-tərəvəz məhsullarının 

zərərsizlik göstəricilərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Meyvə-

tərəvəzlərdə  və onların emalı  məhsullarında olan ağır (toksiki) metalların, 

pestisidlərin, radionuklidlərin, digər zərərli maddələrin miqdarının müəyyən 

edilməsi və onların mikrobioloji göstəricilərinin tibbi-bioloji təlimata (TBT) uyğun 

olması daim nəzarət altında saxlanılır. 

Dərslik 32.02.00 – «Ərzaq malları  əmtəəşünaslığı» ixtisası üzrə  təhsilin 

bakalavr pilləsində oxuyan tələbələr üçün nəzərdə tutulmuşdur. 

Dərslik  əsas tədris vəsaiti kimi tələbələrə meyvə-tərəvəzin və onun emalı 

məhsullarının  əmtəəşünaslığı haqqında geniş  və müfəssəl məlumat verməklə 

onlara gələcəkdə kurs və buraxılış işlərinin yazılmasında da yardımçı olacaqdır.  

Dərslik haqqında müsbət mülahizələrini və  tənqidi qeydlərini bildirən 

mütəxəssislərə müəlliflər qabaqcadan öz minnətdarlıqlarını bildirirlər. 

Dərsliyin  I, II, III, IV, VII və IX fəsillərini  prof. Ə-C.I.Əhmədov, V, VI və 

VIII fəsillərini isə dos. N.T.Əliyev yazmışdır. 

Dərsliyin  əlyazmasının nəşrə hazırlanmasında, eləcə  də  mətnin 

korrekturasının oxunmasında etdiyi köməkliyə görə müəlliflər «Ərzaq malları 

əmtəəşünslığı» kafedrasının  əməkdaşı Namazova Afaq Vəlixan qızına öz 

minnətdarlığını bildirirlər. 


 

 

5



 

 

I FƏSIL. MEYVƏ VƏ TƏRƏVƏZIN ANATOMIK QURULUŞU, KIMYƏVI 

TƏRKIBI VƏ FIZIKI XASSƏLƏRI 

1.1. Bitki hüceyrəsinin ümumi xarakteristikası 

 

Hüceyrə, tərkibindəki komponentlərlə birlikdə  təzə meyvə-tərəvəzlərin 



keyfiyyətinə  və saxlanmasına təsir edən mühüm proseslərin getdiyi bir 

mikroaləmdir. Hüceyrənin tərifi belədir: «Bütün həyati xassələri daşıyan, daxilində 

nüvə yerləşən protoplazma komasına hüceyrə deyilir». 

Son on ildə elektron mikroskopiyasının, rentgenostruktor analiz, differensial 

sentrifuqadan keçirmə  və başqa müasir tədqiqat üsullarının köməyi ilə bitki 

hüceyrəsi, hüceyrə orqanoidləri və onların funksional ixtisaslaşdırılması barədəki 

anlayışlar genişlənmiş və dərinləşmişdir. 

Adətən, hüceyrə 2 hissədən – protoplazmadan və onu xaricdən  əhatə edən 

qılafdan ibarətdir. Selik tipli kütlədən ibarət protoplazma hüceyrənin daxilində 

yerləşib, çox mürəkkəb tərkibə malikdir. Protoplazma hüceyrənin canlı 

orqanoidlərinin və  həmin orqanoidlərin maddələr mübadiləsi zamanı topladığı 

maddələrin məcmusudur. Protoplazmanın məhsulu olan qılaf onu xaricdən örtür, 

fiziki və mexaniki təsirlərdən qoruyur, çoxhüceyrəli orqanizmlərdə onu qonşu 

hüceyrələrdən ayırır və maddələrin hüceyrəyə daxil olmasını  və xaric edilməsini 

tənzimləyir. 

Yetişmiş bitki hüceyrəsində onu xaricdən  əhatə edən qılafa nazik təbəqə 

şəklində  sıxılmış sitoplazma və hüceyrə  şirəsi ilə dolu vakuol-boşluq vardır. 

Vakuollar həll olmuş maddələrdən, müxtəlif formalı hissəciklərdən – kristallardan, 

yağ damcılarından, nişasta dənələrindən və s. ibarətdir. 

Sitoplazma hüceyrə orqanoidləri və ya orqanelləri adlanan mürəkkəb 

quruluşlu müxtəlif subhüceyrə komponentləri olan nüvə, mitoxondri, plastidlər və 

diktiosomlardan (Qolci aparatı) ibarətdir. 



 

 

6



Hüceyrə orqanoidləri fosfolipidlər və zülal molekullarından təşkil olunmuş 

membranlarla  əhatə edilmişdir. Maddələr mübadiləsi zamanı maddələrin 

hüceyrəyə daxil olmasında və  hərəkətinin tənzimlənməsində membranların rolu 

böyükdür. 

Adətən membranlar sadə (elementar) və mürəkkəb (ikili) olur. Sadə 

membranlar iki zülal təbəqəsindən ibarətdir və təbəqələr arasında lipidlər yerləşir. 

Sadə membranlar hüceyrə vakuolunu və endoplazmatik telləri  əhatə edir. 

Mürəkkəb membranlar isə arasında zərdaba oxşar maye təbəqəsi olan iki sadə 

membran təbəqəsindən  əmələ  gəlmişdir. Bu membranlar mitoxondri, hüceyrə 

nüvəsi, Qolci aparatı və başqa hüceyrə elementlərinin səthini örtür. 

Bir çox hüceyrə orqanoidləri xırda qranulalar (girdə formalı xırda cisimlər), 

bəzən isə zülal və nuklein turşularından ibarət dəstələr  əmələ  gətirən fibrillərdən 

(nazik tellər) təşkil olunmuşdur. 

Hüceyrə qılafı – meyvə və tərəvəzin toxumalarının hüceyrələrini əhatə edir. 

Qılaf protoplastın fəaliyyəti nəticəsində onun xaricində  əmələ  gəlir və 

protoplazmanın ayrılmaz bir hissəsinə çevrilir. Qılaf hüceyrəyə mexaniki 

möhkəmlik verir və protoplazmanı xarici təsirlərdən qoruyur. Əsasən sellüloza, 

hemisellüloza və protopektindən təşkil edilmiş hüceyrə  qılafı bir neçə  təbəqədən 

ibarətdir. Belə qılafın keçiriciliyi yaxşıdır, belə ki, o, xarici məhlulları hüceyrəyə 

yaxşı çəkir ki, buradan da molekullar və ionlar qılafdan sitoplazmanın səthinə asan 

keçə bilir. 

Adətən yetişmiş bitki hüceyrəsində birinci və ikinci qılaf ayırd edilir. Birinci 

qılaf cavan hüceyrələrin hüceyrə divarını yaradır, tərkibində çoxlu su olur, lakin 

hüceyrə böyüdükcə hüceyrə daxilində yeni qatlar əmələ  gəlir, qalınlaşır və 

sellüloza ilə  zəngin olan ikinci qılaf yaranır. Getdikcə qalınlaşan qılaf üzərində 

üçüncü qılafın qatları  əmələ  gəlir. Yaranan qatlar üzərində iki qonşu hüceyrə 

arasında maddələr mübadiləsinin gedişini təmin edən məsamələr  əmələ  gəlir. 

Qılafın üzərində  əmələ  gələn məsamələr quruluşca 2 cür olur: sadə  və haşiyəli 

məsamələr. 



 

 

7



Xarici  şəraitdən, maddələr mübadiləsinin istiqamətindən və hüceyrənin 

daşıdığı vəzifədən asılı olaraq qılaf nəinki qalınlaşır, hətta onun kimyəvi tərkibi də 

dəyişir. Hüceyrə  qılafı odunlaşır, mantarlaşır və kutinləşir, selikləşir və 

minerallaşır. 

Qılafa liqnin (odun) hopduqda odunlaşır. Odunlaşma qılafa bərklik və 

möhkəmlik verir. Odunlaşmış  qılaf, maddələri hüceyrəyə çox çətinliklə buraxır. 

Məsələn, yetişib ötmüş turp, çuğundur və s. Bəzən  əks odunlaşma müşahidə 

olunur. Məsələn, armud və ya heyvanın saxlanma zamanı yetişməsi. 

Hüceyrənin qılafına yağabənzər maddə suberin (mantar) hopduqda qılaf 

mantarlaşır, mumabənzər maddə kutin hopduqda isə kutinləşir. Qılafı mantarlaşmış 

və kutinləşmiş hüceyrələr istər qazları, istərsə də mayeləri hüceyrənin daxilinə və 

xaricinə keçirmir. Qılafın bütün səthi mantarlaşdıqda hüceyrənin canlı 

möhtəviyyatı məhv olur. 

Həddindən artıq su hopması nəticəsində selikləşən qılafın kimyəvi tərkibi o 

qədər də  dəyişmir. Selikləşmə az təsadüf edilən hadisədir. Təbii halda qarpız 

toxumlarının qabıq hissəsi meyvənin daxilində suyun çoxluğundan, eləcə də əksər 

yosunların xarici səthi selikləşmiş olur. Albalı, gavalı, gilas, alça, ərik ağacları 

qabığının çatlarından sarımtıl yapışqan maddənin axması hallarına tez-tez rast 

gəlmək olur. Bu yapışqanlı maddə – selikləşmiş hüceyrə kütləsidir. 

Hüceyrənin qılafına çox vaxt mineral (kalsium və silisium) duzlar hopur və 

qılafı minerallaşdırır. Qonşu hüceyrələrin protoplazmaları, məsamənin qapayıcı 

pərdəsindəki kiçik deşiklərdən keçən nazik tellərlə birləşir və bütün orqanizmin 

canlı hüceyrələri arasında əlaqəni təmin edir. Məsamələrdən birləşən protoplazma 

tellərinə plazmodesmalar deyilir. 



Sitoplazma, protoplazmanın  əsas hissəsini təşkil edir. Bunun içərisində 

protoplazmanın digər komponentləri yerləşir. O, eləcə  də,  əsasən erqast maddə 

kütləsinin yerləşdiyi hüceyrə şirəsini də əhatə edir. 


 

 

8



Sitoplazmanın içərisində protoplazmanın canlı komponentləri və 

onda toplanan maddələr yerləşir. Cavan hüceyrənin daxili tamamilə 

sitoplazmadan ibarətdir. 

Sitoplazmanın içərisində hüceyrə şirəsinin əhatə etdiyi yer vakuol 

adlanır. Vakuollar çoxalıb iriləşdikcə, sitoplazmanı  qılafa doğru 

sıxışdırır. Sitoplazma 3 hissəyə ayrılır. Onun ən xarici və  ən daxili 

hissələrini təşkil edən molekullar kipləşir və onu hüceyrənin qovuşduğu 

digər hissələrdən ayırır. Buna müvafiq olaraq sitoplazmanın qılafla 

birləşən hissəsi plazmalemma adlanır. Onun ən daxili qatı mezoplazma 

adlanır. Sitoplazmanın xarici və daxili qatları yarımkeçirici olub, 

seçicilik qabiliyyətinə malikdir. Onlar müəyyən maddələri çox asanlıqla, 

bəzilərini isə çox çətinliklə daxilə buraxır, yaxud tamamilə buraxmır. 

Sitoplazmanın  əsasını zülallar və lipoidlər təşkil edir. Yaşayış 

prosesində onun içərisində suda həll olan və həll olmayan çox müxtəlif 

maddələr toplanır. Sitoplazmanın tərkibində 85-90% su vardır. Çox 

mürəkkəb kimyəvi tərkibə malik sitoplazma arası kəsilmədən dəyişir. 

Hüceyrə sitoplazmasında kolloidal vəziyyət pozulduqda pıxtalaşma 

hadisəsi nəticəsində hüceyrə ölur. Bir çox bitki mənşəli məhsulları 60

0

C-

dən yuxarı temperaturda qızdırdıqda sitoplazma koaqulyasiya edir və 



zülallar pambığaoxşar çürüntü şəklində çökür. Sitoplazmada suyun 

miqdarı  həddindən artıq azaldıqda isə, bunlar pıxtalaşma nəticəsində 

məhv olurlar. 

Hər hüceyrə maksimal qüvvə ilə suyu özünə sorur, nəticədə 

hüceyrənin möhtəviyyatı  qılafa təzyiq göstərir. Hüceyrə  qılafı elastiki 

olduğu üçün bu təzyiqin təsirindən enliləşir, qılaf eyni zamanda 



 

 

9



gərginlik xassəsi daşıdığından, həm də  sıxılmağa başlayır, sıxılma 

nəticəsində  qılaf hüceyrənin daxili möhtəviyyatına təzyiq göstərir. 

Sıxılma nəticəsində enliləşmiş qılafın hüceyrə möhtəviyyatına göstərdiyi 

təzyiq turqor təzyiqi adlanır. Turqor təzyiqi nəticəsində hüceyrə gərgin 

vəziyyət alır. Hüceyrənin belə bir gərgin vəziyyəti turqor vəziyyəti 

adlanır. Hüceyrələrin və bütün orqanizmin turqor vəziyyəti normal 

vəziyyətdir. 

Hüceyrə su ehtiyatını itirdikdə  gərginlik azalır, turqor vəziyyəti 

pozulur. Artıq daxildən qılaflara təzyiq edilmir, onlar boşalır, bəzən də 

qırışır. Beləliklə, bitki ölüşkəyir. Hüceyrədə turqor vəziyyətinin 

pozulmasına  plazmoliz deyilir. Plazmoliz zamanı protoplazma 

hüceyrənin divarından aralanır və komacıq şəklində hüceyrənin içərisinə 

çəkilir. Bitkilər yenə  də su sorduqda, normal vəziyyət alır, yəni 

hüceyrələrdə turqor vəziyyəti bərpa olunur. Belə plazmolizə qayıdan 

plazmoliz və ya deplazmoliz deyilir. Məhz buna görə xiyarı duza 

qoymazdan əvvəl 2-6 saat soyuq suda saxlayırlar. 



Nüvə protoplazmanın əsas komponentlərindən olub, sitoplazmanın 

içərisində yerləşir, protoplazmada davam edən mübadilə reaksiyalarında 

fəal iştirak edir. Canlı hüceyrələrdə o, nisbətən iri görünür və hüceyrənin 

mərkəzində yerləşir. Hüceyrə böyüdükcə  və yaşa dolduqca hüceyrə 

şirəsinin artması ilə  əlaqədar sitoplazma hüceyrənin divarına doğru 

itələnir və onunla bərabər nüvə də kənara çəkilir. 

Bəzən nüvə yaşlı, çoxvakuollu hüceyrədə  də  mərkəz mövqeyini 

saxlayır. Bu halda hüceyrənin mərkəzinə doğru hörümçək toru şəklində 

çəkilən sitoplazma sahəcikləri nüvəni əhatə edir və bu vəziyyətdə nüvə 


 

 

10



cibciyi adlanan sitoplazma torunda yerləşir. Nüvə oval, girdə  və ya 

bəzən yandan basıq olur. Çoxhüceyrəli orqanizmlərin hüceyrələri nüvəli, 

göy-yaşıl yosunların isə istər çoxhüceyrəli, istərsə  də  təkhüceyrəli 

nümayəndələrinin hüceyrələri nüvəsiz olur. 

Nüvənin də  əsasını sitoplazmada olduğu kimi canlı zülal təşkil 

edir, ancaq onun tərkibində mütləq nüvə turşuları sayılan nuklein 

turşuları vardır. Bunlar RHT (ribonuklein turşusu) və DNT-dən 

(dezoksiribonuklein turşusu) ibarətdir. Ribonuklein turşusuna 

sitoplazmada da rast gəlirik. 

Nuklein turşuları zülalların sintezində mühüm rol oynayır. Isbat 

edilmişdir ki, RNT zülalların sintezində, DNT isə RNT-in sintezində 

iştirak edir. Bundan başqa DNT hüceyrə fermentlərinin sintezində 

müəyyən rol oynamaqla irsi xüsusiyyətlərin nəslə keçirilməsində 

informator rolu daşıyır. 

Tərkibindəki maddələrdən asılı olaraq nüvəni təşkil edən maddə 

nukleoproteid (nuklein-zülal) adlanır. 

Nüvə 3 hissədən ibarətdir: 1. nüvə pərdəciyi və ya nüvə qılafı; 2. 

karioplazma, yaxud nüvə plazması; 3. nüvəciklər. Hər üçü nüvə 

maddəsindən əmələ gəlmiş yarımmaye, özlülüyü yüksək kütlədən ibarət, 

nüvənin içərisində yerləşən kiçik, bir və yaxud bir neçə kürəşəkilli 

cisimciklərdir.Ancaq tərkibinə və qatılığına görə nüvədən fərqlənir. 

Nüvənin vəzifələri çox müxtəlif və  həm də mürəkkəbdir. O, 

hüceyrədə müxtəlif istiqamətlərdə gedən maddələr mübadiləsini 

mərkəzləşdirir, hüceyrənin bölünməsində  fəal iştirak edir, inkişaf 

proseslərində qılafın əmələ gəlməsinə xidmət edir və s. 


 

 

11



Mitoxondrilərin hüceyrədə miqdarı çox olur. Sitoplazma içərisində 

xırda hissəciklər  şəklində çoxlu miqdarda yerləşməsinə baxmayaraq, 

böyük xarici səthə malikdir. Həmin səthin böyüklüyü mitoxondrilərdə 

mübadilə reaksiyalarına qarşı böyük fəallığın  əmələ  gəlməsinə  səbəb 

olur. Mitoxondrilər, geniş  mənada desək, hüceyrələrlə üzvi maddələrin 

oksidləşməsinin və bununla əlaqədar qaz mübadiləsinin, ifrazatın və 

başqa mühüm həyati proseslərin tənzimləyiciləridir. Bitki və heyvan 

hüceyrələrində  təsadüf edilir. Mitoxondrilər parçalanma yolu ilə  və ya 

tamamilə yenidən sitoplazma kütləciyindən əmələ gəlir. 

Plastidlər sitoplazmanın içərisində yerləşən və onda  davam edən 

maddələr mübadiləsinin gedişində çox mühüm rol oynayan canlı 

orqanizmlərdən bir qrupudur. Onlara ancaq yaşlı bitkilərdə rast gəlmək 

olur. 


Kolloidal quruluşlu plastidlər sitoplazmaya nisbətən xeyli qatıdır. 

Cisimciyi stroma adlanır. Stromanın  əsasını plazma tipli zülallar və 

lipoidlər təşkil edir. 

Plastiddə toplanan piqmentdən asılı olaraq bitkilərdə 3 müxtəlif 

plastid ayrılır: leykoplastlar, yaxud rəngsiz plastidlər; xloroplastlar – 

yaşıl plastidlər və xromoplastlar – sarı, qonur, narıncı  və  qırmızımtıl 

plastidlər. Mühit amillərinin təsirindən, bitkinin mövcud inkişaf 

fazasından və  ən nəhayət, hüceyrədə davam edən mübadilə 

reaksiyalarının gedişindən asılı olaraq bir növ plastid başqa növ plastidə 

çevrilə bilər. 



Xloroplastlar – yaşıl plastidlər olub, bitkilər aləmində  və onların 

müxtəlif orqanlarında geniş yayılmışdır. Tərkibinə görə zülal lipidlərdən 



 

 

12



təşkil olunmuşdur.Günəş  şüasının təsiri ilə onlarda fotosintez prosesi 

getdiyindən, onların bitkilərin həyatında rolu böyükdür. Xlorofil, günəş 

şüası, torpaqda dəmir və maqneziumun olması  nəticəsində fotosintez 

normal gedir. Hüceyrədə, adətən 20-50 xloroplast olur. Yetişmiş 

meyvələrdə, yarpaqlarda və göyərtidə çoxdur. 

Bitkilər qocaldıqda xloroplastlar parçalanır.  



Xromoplastlar başqa plastidlərdən sarı, narıncı, qırmızı  və qonur 

rəngləri ilə fərqlənirlər. Xromoplastlara daha çox tərəvəzlərdə, məsələn, 

qırmızı bibər, qarpız, pomidor və  ərik, itburnu, üvəz kimi meyvələrdə 

rast gəlmək olur. Xromoplastlara sarı, narıncı  və  qırmızı  rəng verən 

piqmentlər – karotinoidlərdir. 60-a qədər növ müxtəlifliyi var. Ən çox 

yayılmış piqmentlərdən karotini və ksantofili göstərmək olar. 

Xromoplastlar çöp, üçbucaq, çoxbucaqlı, sap, romb və s. şəklində 

olur. Xromoplastların üzərində çox hallarda nişasta dənəcikləri, zülal 

kristalları və yağ damlaları görünür. Ehtimal ki, bu maddələrin sintezi ilə 

xromoplastlar arasında müəyyən münasibət vardır. 



Leykoplastlar – rəngsiz plastidlərdir. Bitkinin bütün orqan və 

toxumalarında əmələ gəlir. Məsələn, onları kartof yumrularında görmək 

olar. Leykoplastlar sitoplazmada çox xırda cisimciklər  şəklində topa-

topa yerləşir. Bəzən onlar nüvənin ətrafına toplanaraq, onu hər tərəfdən 

əhatə edir. Görünür leykoplastlar mübadilə reaksiyalarının gedişində 

yaxından iştirak edir. Yetkin hüceyrələrin çoxunda leykoplastlar ehtiyat 

nişastanı topladığından hər leykoplast üzərində nişasta dənəsi aydın 

görünür. Nişasta əmələ gətirən leykoplastlar amiloplastid adlanır. 



 

 

13



Elayoplastlar  bəzi bitkilərin sitoplazmasında ancaq yağ ehtiyatı 

toplayan rəngsiz, kürəşəkilli plastidlərdir. 



Diktiosomlar və ya Qolci aparatı. Hüceyrə orqanelləri olub, azacıq 

əyilmiş cüt plastik membranlar şəklindədir. Uclarında olan şişlər iri 

vakuollara çevrilir. Hüceyrə 

qılafının 

əmələ 

gəlməsində, 



hemisellülozanın, pektinli maddələrin, seliyin çevrilməsində  və başqa 

hüceyrədaxildi proseslərdə böyük rol oynayır. 

 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin