1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


I Dünya müharibəsində Rumıniyanın təslim olması. Buxarest sülhü



Yüklə 108,94 Kb.
səhifə11/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   7   8   9   10   11   12   13   14   ...   79
cavab

11. I Dünya müharibəsində Rumıniyanın təslim olması. Buxarest sülhü

Ruminiya 1916-ci ilin avqust ayında Antanta bloku ölkələri tərəfindən müharibəyə qoşuldu. Aparılan hərbi əməliyyatlardakı çətinliklər ölkədə ağır sosial-iqtisadi vəziyyət yaratdı. 1918-ci ilin yanvarında baş nazir lon Bratianu istefaya çıxdı. Baş nazir A.Marqiloman oldu. Ölkədə sosial-iqtisadi vəziyyət yenə də ağır idi. Qiymətlər artdı. Rumun pulunun (leu) alıcılıq qabiliyyəti aşağı düşdü.

Hərbi əməliyyatların aparılması çətinləşdi. Müharibədə Ruminiya məğlub oldu. 1918-ci il mayın 7-də A.Marqiloman hökuməti Buxarestdə Almaniya bloku ölkələri ilə sülh bağladı. Sülh müqaviləsinin şərtlərinə görə Rumıniya Cənubi Dobrucani bütün sərvətləri ilə birlikdə 50 il istismar etmək hüququnu Almaniyaya verdi. Bu sülh Antanta olkələrinin mövqelərinə mənfi təsir etsə də müharibənin ümumi gedişində Rumıniyanın əvvəlki müttəfiqlərinin qələbələrinə əngəl ola bilmədi. Bu sazişlər Rumıniyanın bütün təbii sərvətləri və ehtiyatlarından istifadə edilməsində Almaniya inhisarlarına müstəsna hüquq verirdi. Buxarest sülh müqaviləsinə görə Rumıniya 15 min km.-lik strateji cəhətdən mühüm və meşələrlə zəngin olan dağlıq sərhəd zolağını Avstriya-Macarıstana güzəştə gedirdi, Cənubi Dobrucanı Bolqarıstana qaytarırdı, Dobrucanın qalan hissəsini Köstəncə limanı ilə birlikdə Almaniya bloku ölkələrinin istifadəsinə verirdi. İndiyədək istifadə olunmayan neft mədənləri 90 il müddətinə Almaniya kompaniyalarına verilirdi. Buxarest sülhü Rumıniyanın Bessarabiyanı özünə birləşdirməsini tanıdı.

1918-ci ilin payızında rumin kralı Ferdinand Buxarest sülh müqaviləsini təsdiq etməkdən boyun qaçırdı. Belə olduqda Marqiloman istefa verməyə məcbur oldu. Hakimiyyətə Liberal Partiyasının lideri Jonel Bratianu qayıtdı. Bratianu hökuməti zamanında fəhlə, əsgər və kəndli hərəkatı artdı. Lakın hökumət müxtəlif sosial proqramları həyata keçirərək cəmiyyətdəki qarşıdurmanı və inqilabi hərəkatı zəiflətdi.




Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin