8. ABŞ prezidenti Franklin Ruzveltin (1932-1945) xarici siyasəti
1932-ci il noyabrın 8-də keçirilən seçkilərdə Demokratlar Partiyasının namizədi Franklin Delano Ruzvelt (1882-1945) qalib gələrək ABŞ-in 32-ci prezidenti oldu. 1974-ci ildə 39 yaşında ikən soyuq suda çimdikdən sonra iflic olan Ruzvelt ömrünün sonunadək əlil arabasında gəzdi. Ruzvelt 1936, 1940, 1944-cü illərdə də ölkə prezidenti seçildi. O, ABŞ tarixində bu vəzifəyə dörd dəfə seçilən yeganə şəxs oldu.
Ruzvelt cəmiyyətin iqtisadi və sosial həyatına dövlətin qarışmasının vacibliyini irəli sürdü. Onun hakimiyyətinin ilk 100 günündə konqres 70-dən çox qanun qəbul etdi. Bu, Ruzveltin "Yeni kursu" ("New Deal") adlandırıldı. "Yeni kurs"un ideya müəllifi ingilis iqtisadçısı Con Keyniz Meynard idi. Yeni kursun başlıca məqsədi dövlət inhisarlarını gücləndirmək idi.1ci mərhələsi 1933-1934,2mərhələsi 1935 ildən həyata kecirilməyə başladı.Martın 13də 12 şəhərdə banklar yenidən fəaliyyətə başladı.1933-1935 ci illərddə kecirilən digər qanunlar federal qızıl ehtiyatı və maliyyə sistemini təkmiləşdirildi.
Ruzvelt 1933 mayın 12dən işsizlərə dollar yardim edilməsi haqqında qanunu bəyəndi.Fövqalədə yardım göstərilməsi üzrə federal yaradıldı.Onun rəhbəri H.Hopkins oldu.
1933-1934 illərdə hökümət sosial gərginliyi aşağı salmaq məqsədilə ictimai iş yerləriaçıldı. "Yeni kurs"un mühüm sahələrindən biri sosial-təminat sisteminin yaradılması oldu. 1935-ci ilin avqustunda və 1939-cu ildə atandaşların qocalığa, əmək qabiliyyətini, ailə başçısını itirməsinə işsizliyə görə yardım verilməsi haqqında qanunlar tətbiq edildi. 5 yaşdan yuxarı olan şəxslərə qocalığa görə hər ay 85 dollar pensiya verilməli idi. İşsizlərə isə hər həftə üçün 11 dollar yardım göstərilməli idi. ABŞ tarixində ilk dəfə olaraq pensiya və dövlət yardımları sistemi tətbiq edildi.
"Yeni kurs" un tərkib hissələrindən biri sənayenin bərpa edil məsi idi. 1933-cü il iyunun 16-da Sənayenin Milli Bərpası idarəsi yaradılması haqda qanun qəbul edildi.
Ruzveltin hakimiyyəti illərində dövlətin xarici siyasətinin başlica məqsədi ABŞ-ın mənafelərini reallıqlar əsasında qorumaq idi. Xarici siyasət məsələlərinə münasibətdə ölkədə iki ümumi xətt mövcud idi. Bu xətlərdən biri beynəlmiləlçilik, digəri isə təcridçi lik idi.
Ruzveltin hakimiyyəti illərində ABŞ ın xarici siyasəti əsasən 3 istiqamətdə həyata keçirildi – Avropa və Uzaq şərq,Latın Amerikası,SSRİ. Ruzvelt hökuməti Latın Amerikası ölkələrinə münasibətdə əv vəlki illərdə yeridilən siyasətdən imtina etdi. 1933-cü ilin mart ayında Ruzvelt Latin Amerikası ölkələrinə münasibətdə ABŞ-in "Mehriban qonşuluq siyasəti"ni elan etdi. "Mehriban qonşuluq siyasəti" aşağıdakı prinsiplər əsasında həyata keçirilməli idi: ABŞ Latin Amerikası ölkələrinin daxili işlərinə qarışmamalı; qarşılıqlı fayda və millətlərin bərabərliyi əsasında ticarət müqavilələri bağla malı; bu ölkələrə texniki yardım göstərməli idi.
"Mehriban qonşuluq siyasəti"nin başlıca məqsədi Amerika dövlətlərarası sistemini möhkəmləndirmək və Latın Amerikası öl kələrinə Almaniyanın nüfuz etməsinin qarşısını almaq idi. Bu siya sət Amerika qitəsi ölkələrinin mənafelərini ikitərəfli və ümumi səylərlə qorumağa yönəlmişdi.
Dostları ilə paylaş: |