1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi



Yüklə 108,94 Kb.
səhifə16/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   12   13   14   15   16   17   18   19   ...   79
cavab

16.Yunq planı

1928-ci il dekabrın 22-də İngiltərə, İtaliya, Belçika, Fransa və Yaponiya təzminat məsələsinə dair ekspertlər komitəsini təsis etdiklərini rəsmi şəkildə bildirdilər. Komitənin ilk iclası 1929-cu il fevralın 11-də keçirildi. Komitənin tərkibinə Fransa, İngiltərə, İtaliya, Yaponiya, Belçika, ABŞ və Almaniyanın hər birindən iki nəfər olmaqla 14 nəfər daxil oldu. Komitənin sədri Daues planının müəlliflərindən biri olan ABŞ eksperti Ouen Yunq idi. Komitədə Almaniya, İngiltərə və ABŞ -la Fransa və Belçika ekspertləri arasında kəskin mübahisələr yarandı. Müzakirələr nəticəsində Yunq planı ekspertlər tərəfindən qəbul edildi.  Almaniya üçün təzminat planı.

Yunq planı 1929-cu ildə Haaqada keçirilən beynəlxalq konfransda müzakirə olundu. Konfransda 12 dövlət- Fransa, İngiltərə, Almaniya, Belçika, İtaliya, Yaponiya, Çexoslovakiya, Yuqoslaviya, Polşa, Rumıniya, Yunanıstan və Portuqaliya iştirak edirdilər.

Yunq planı prinsipcə 1929-cu il avqustun 31-də protokol imzalanması ilə bəyənildi. Lakin son olaraq 1930-cu il yanvarın 20-də keçirilən ikinci Haaqa konfransında qəbul edildi. Yunq planı təzminatın ödənilməsində böyük dəyişikliklər etmədi. Bu plana görə Almaniya, yaxın 37 il müddətində ildə 2 mlrd. marka təzminat ödəməli idi. Bu müddət qurtardıqdan sonra ödənişin məbləğinə yenidən baxıla və ya olduğu kimi saxlanıla bilərdi. Təzminatın ödənilməsi qaydası dəyişdirildi. Daues planınn müəyyənləşdirdiyi istiqraz vərəqələri sistemi ləğv edildi. Bundan sonra təzminat yalnız dəmir yolları və dövlət büdcəsindən gələn gəlir hesabına ödənilməli idi. Sənayedən gələn gəlirlər hesabına təzminatı ödəmək də ləğv edildi. Almaniyanın təsərrüfatına və maliyyəsinə nəzarət ləğv olundu. Bu isə Versal sisteminə ağır zərbə vurulması demək idi.

Yunq planı alman xalqı üçün irəliyə doğru addım olmasına baxmayaraq Almaniyada narazılıq yaratdı.


Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin