1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


Beynəlxalq münasibətlərdə boğazlar məsələsi



Yüklə 108,94 Kb.
səhifə15/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   11   12   13   14   15   16   17   18   ...   79
cavab

15.Beynəlxalq münasibətlərdə boğazlar məsələsi

30-cu illərdə beynəlxalq münasibətlərdə boğazlar məsələsi kəskin müzakirə obyektinə çevrildi. 1923-cü il 24 iyul tarixli Lozanna konvensiyası Türkiyənin suverenliyinə zidd olduğundan türk nümayəndə heyəti bütün beynəlxalq konfranslarda ona yenidən baxmaq barədə təkliflə çıxış edirdi. Lakin bu təkliflər qulaqardına vurulurdu. 30-cu illərdə isə Avropada beynəlxalq münasibətlər Türkiyənin xeyrinə cərəyan etməyə başladı.Türkiyənin boğazlara dair məsələyə yenidən baxmaq təklifi ikitərəfli türk ingilis danışıqlarında bəyənildi. Lozanna konvensiyasını imzalayan dövlətlərə məsəlaya baxmaq haqqında müraciət etdi. Türk höküməti Böyük Britaniya, SSRI Fransa, İtaliya, Ruminiya, Yunanistan, Yuqoslaviya, Bolqarıstan və Yaponiyadan müsbət cavab aldı. 1936-ci il iyunun 22-dən iyulun 20-dək İsveçrənin Montrö şəhərində 9 dövlətin nümayəndə heyətlərinin iştirakı ilə konfrans keçirildi. Konfransda yalnız İtaliya nümayəndə heyəti iştirak etmirdi. Boğazların hərbiləşdirilməsi məsələsi konfransda etiraz doğurmadı.

Dövlətlər türk diplomatiyasının təkliflərinə prinsipcə razı oldular. Lakin iki məsələ mübahisələr doğurdu: Qara dəniz dövlətlərinin hərbi gəmilərinin boğazlardan keçməsi; başqa dövlətlərin hərbi gəmilərinin Qara dənizə buraxıl ması. Lakin bu mübahisələr həll olundu. 1936-ci il iyulun 20-də Montrödə boğazlara dair yeni konvensiya imzalandı. Konvensiyaya görə boğazlar zonasında Türkiyə dövlətinin suveren hüquqlan tamamilə bərpa edildi. Boğazlardan keçməyə nəzarət və müşahidə hüququ Türkiyəyə verildi. Türkiyə boğazlar zonasında silahlı qüvvələr saxlaya, hərbi obyektlər tikə və onları möhkəmləndirə bilərdi. Bütün ölkələrin ticarət gəmiləri boğazlardan sərbəst keçə bilərdi. Qara dəniz və Qara dəniz dövləti olmayan ölkələrin hərbi gəmilərinin keçirilməsində isə fərqli qaydalar müəyyənləşdirildi. Qara dəniz dövlətlərinin hərb gəmiləri boğazlardan ciddi məhdu diyyətlər olmadan bir sıra tələbləri yerinə yetirmək şərtilə keçə bi lərdi. Qara dəniz dövləti olmayan ölkələrin hərb gəmiləri üçün ciddi məhdudiyyətlər qoyuldu. Bu dövlətlər Qara dənizə yüngül suüstü gəmilər, kiçik hərbi köməkçi gəmilər keçirə bilərdi.


Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin