1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


Meksika II dünya müharibəsi illərində



Yüklə 108,94 Kb.
səhifə17/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   13   14   15   16   17   18   19   20   ...   79
cavab

17.Meksika II dünya müharibəsi illərində

Kardenas ikinci dünya müharibəsinin başlanmasını pisləyən bəyanat verdi. 1939-cu il sentyabrın 4-də isə hökumət müharibədə Meksikanın bitərəfliyini elan etdi. 1940-ci il iyulun 7-də keçirilən prezident seçkilərində hakimiyyətdə olan Meksika İnqilabi Partiyasının namizədi A.Kamaço qalib gəldi. Yeni prezident Meksikanın ABŞ-la münasibətlərini daha da sıxlaşdırdı. 1941-ci ildə iki ölkə arasında Meksikada milliləşdirilmiş amerikan müəssisələrinə göra kompensasiya verilməsi barədə saziş imzalandı. 1942-ci il mayın 22-də Meksika antihitlerçi koalisiya üzvü olan dövlətlər tərəfindən müharibəyə girdi. Meksika hərbi-hava qüvvələri ABŞ ordu hissələrinin tərkibində Sakit okeanda Filippində və Tayvan adasında keçirilən əməliyyatlarda iştirak etdilər.

Hərbi əməliyyatların Meksika ərazisində aparılmaması ölkə iqtisadiyyatının inkişafına əlverişli şərait yaratdı. Antifaşist bloku ölkələrinin Meksikanın sənaye və kənd təsərrüfatı məhsullarına olan ehtiyacı iqtisadiyyatı yüksəltdi. Dağ-mədən sənayesi və kənd təsərrüfatı məhsulları istehsalı artdı. Yeni sənaye müəssisələri ti kildi. yollar və kanallar çəkildi.

1945-ci ilin fevral-mart aylarında müharibə və sülh məsələlərini müzakirə etmək üçün Meksikada Amerika ölkələrinin xarici işlər nazirlərinin konfransı keçirildi. Konfransın nəticəsində "Ça piltəpək bəyannaməsi" qəbul edildi (Çapıltəpək Mexikoda qəsr adıdır). Bəyannamədə deyilirdi ki, dünyada yaranmış şərait amerikan dövlətlərinin sülhə, qarşılıqlı yardıma və təcavüz olduğu təqdirdə birgə müdafiə prinsiplərinə müharibənin gedişində və ondan sonra da sadiq qalmalarını zəruri edir. Konfransda ABŞ-in təklifi ilə "İqtisadi xartiya" qəbul edildi. Sənəddə qitə ölkələri ilə beynəxalq ticarətin inkisaf etdirilməsi tövsiyə olundu. Müharibə illərində Meksika SSRi ilə aralarinda diplomatik münasibətlər bərpa edildi.




Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin