25.I Dünya müharibəsinin ABŞ üçün nəticələri
Birinci dünya müharibəsinin ABŞ üçün ciddi sosial-iqtisadi nə ticələri oldu. Müharibədə 120 min amerikan öldü, 230 min yaralandı. Hərbi ama liyyatlar ölkə ərazisində getmədiyi üçün dağıntılar olmadı. Müharibənin gedişində ABŞ böyük xeyir götürdü. 1914-1919-cu illərdə ABŞ-ın əldə etdiyi gəlir 35 mlrd. dollar oldu.
Müharibə ölkənin milli sərvətlərinin artmasına gətirib çıxardı. 1914-1920-ci illərdə ABŞ-ın milli sərvətləri 2,5 dəfə artdı.
Müharibə ABŞ sənayesinin inkişafına müsbət təsir göstərdi. Sənayenin yeni sahələri yaradıldı. Xüsusilə hərbi sənaye inkişaf etdi. ABŞ avtomobilqayırma sahəsində dünyada birinci yeri tutdu. Amerikan avtomobil sənayesi dünya avtomobil sənayesinin 85%-ni, qara metallurgiyası dünya qara metallurgiyasının 60%-dən çoxunu təşkil etdi. Müharibənin gedişində iri sənaye sahələri birləşdi və güclü təmərküzləşmə baş verdi. ABŞ-da neft istehsalı artdı.
Müharibə illərində xüsusən İtaliya, Polşa, Almaniya, İngiltərə və Balkan ölkələrindən ABŞ-a çoxlu işçi qüvvəsi gəldi.
İqtisadi və hərbi cəhətdən qüdrətli dövlətə çevrilən ABŞ yeni dünya qaydası yaratmaq və ona siyasi cəhətdən mənəvi rəhbərlik etmək istədi. Bu istəklər 1913-1921-ci illərdə ABŞ prezidenti olmuş Demokratlar Partiyasının nümayəndəsi Vudro Vilsonun (1856-1924) 1918-ci il yanvarın 8-də irəli sürdüyü "14 maddə"sində öz əksini tapdı. ABŞ nümayəndə heyəti Paris sülh konfransında məhz "14 maddə" ilə iştirak etdi.
Konfransdan istifadə edərək dünyaya mənəvi rəhbərlik etmək istəyən amerikan diplomatiyası onun işində üç mərhələ təklif etdi: müharibəyə yekun vurmaq: Millətlər Cəmiyyəti yaratmaq, özünəməxsus ərazi və siyasi məsələləri həll etmək.
Konfransın gedişində ABŞ və Azərbaycan nümayəndə heyətləri arasında təmaslar quruldu. Azərbaycanın dövlat müstəqilliyinin birinci ildönümü günündə ABŞ prezidenti V.Vilson Topçubaşov başda olmaqla Azərbaycan nümayəndə heyətini qəbul etdi.
Müharibədə qazanılan qələbəyə və əhalinin həyat səviyyəsinin yaxşılaşmasına baxmayaraq ölkədə tətillər də baş verirdi. 1919-cu ilin sentyabrında polad əritmə sənayesinin 365 min fəhləsi tətil etdi. Tətil nəticəsində işçilərin tələbləri yerinə yetirildi. Əmək haqqı artırıldı. 8 saatlıq iş günü tətbiq edildi. Kollektiv müqavilələr bağlamağa icazə verildi. Sosial ziddiyyətlər yumşaldıldı. İslahatların həyata keçirilməsi genişləndirildi.
Dostları ilə paylaş: |