28. Tehran konfransı
İkinci dünya müharibəsinin gedişində diplomatik mübarizədə Tehran konfransı xüsusi yer tutur. Müharibənin gedişində əsaslı dönüş başa çatdıqdan sonra antihitler koalisiyasının əsas dövlət başçılarının - Stalinin, Ruzveltin və Çörçillin iştirakı ilə 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək Tehran konfransı keçirildi. Avropada ikinci cəbhənin açılması haqqında məsələ konfransın işində mühüm yer tuturdu. Bu, müttəfiqlər arasında ən kəskin məsələlərdən biri idi.
Konfransda Almaniyanın taleyi məsələsi müzakirə edildi. Üç dövlət başçısı Almaniyadan bir daha yeni müharibə törənməməsi üçün tədbirlər görəcəklərini bildirdilər. Ruzvelt Almaniyanı 5 dövlətə bölməyi təklif edirdi. Çörçill bu təklifi bəyəndi.
Konfransda Polşa haqqında məsələ də müzakirə olundu. Polşa dövlətinin sərhədlərini Kerzon xətti ilə Oder çayı boyunca ədalətli və tarixi həll etmək barədə qərar qəbul edildi.
Konfransın gedişində, 1 dekabrda Ruzveltlə söhbətində Stalin müharibədən sonrakı dövrdə beynəlxalq mühasibətləri tənzimləmək üçün bir beynəlxalq təşkilatın yaranmasını təklif etdi, lakin bu konfransda hər hansı bir beynəlxalq təşkilatın yaradılması barədə qərara qəbul edilmədi.
Tehran konfransı müttəfiq dövlətlərin müharibənin tezliklə qurtarmasına yönəldilən birgə səylərini nümayiş etdirdi. Konfransın böyük tarixi əhəmiyyəti oldu. O, faşist blokunun böhranının dərinləşdirilməsində mühüm rol oynadı.
Dostları ilə paylaş: |