27. Almaniyada sabitləşmə
Fəhlə hərəkatı və "pivəxana qiyamı" yatırıldıqdan sonra Almaniyada siyasi stabilləşmə üçün zəmin yarandı. Ölkənin başlıca təkli siyasi qruplaşmaları arasında kompromis əldə edildi. Bundan sonra hökumətin imkanları xeyli artsa da dekabrın 9-da Ştrezeman hökuməti istefaya getdi. 1923-cü ilin dekabrında Vilhelm Marks kansler oldu.Yeni qurulan hökümət kiçik koalasiya höküməti idi.
Ölkədə mühasirə vəziyyəti aradan qaldırıldı. Kommunist Partiyası leqal fəaliyyətini bərpa etdi. V.Marks hökuməti daxili siyasətdə "Rentabelli iqtisadiyyata keçid proqramı"nı elan edərək fövqəladə tədbirlər həyata keçirdi. İş günü 8 saatdan 9-12 saata qədər artırıldı. Yeni iş yerləri açıldı. İşsizlər işə məcburi qəbul edildilər. Dövlət qulluqçularının sayı azaldıldı. Əlillərə pensiya verildi. İşğal nəticəsində ziyan dəymiş müəssisələr 715 mln. qızıl marka kom pensasiya aldılar. Ölkənin daxili iqtisadi həyatında sabitləşmə meylləri öz əksini tapdı.
Sabitləşmə illərində Almaniyada 2100 kartel yaradıldı. Ölkə nin energetika sənayesində Ümumi elektrik kompaniyası və Simens şirkəti əsas rol oynadılar. Nəticədə 1927-ci ildə ölkədə istehsalın ümumi həcmi müharibədən əvvəlki səviyyəyə gəlib çatdı. Almaniya maşın ixracına görə ABŞ-dan sonra dünyada ikinci yerə çıxdı.
Ölkə həyatı böhranlardan qurtuldu. Əhalidə nikbin əhval-ruhiyyə yarandı. Mədəniyyət inkişaf etdi. Veymar respublikası mədəniyyətin çiçəklənməsi rəmzinə çevrildi.
Dostları ilə paylaş: |