1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


Macarıstan II Dünya müharibəsi illərində



Yüklə 108,94 Kb.
səhifə23/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   19   20   21   22   23   24   25   26   ...   79
cavab

23.Macarıstan II Dünya müharibəsi illərində

Ikinci dünya müharibəsinin başlanması Macaristanın daxili iqtisadi və siyasi həyatında ciddi dəyişikliklərə səbəb oldu. Qısa muddət içində macar iqtisadiyyatı hərbi relsə keçirildi. Ölkə daxilində ciddi rejim yaradıldı. Faşist təşkilatları olan "Vətən sevgisi" və "Macar birliyi" fəaliyyətlərini xeyli gücləndirdilər.

Macar hökuməti Ruminiya tərkibində olan və əsasən macarla rin yaşadığı Transilvaniyanı özünə birləşdirmək üçün Almaniyadan razılıq almaq istəsə də Hitler bunun əleyhinə çıxdı. Belə olduqda macar hökuməti öz ərazisindən alman ordularının keçməsinə icazə verməyərək Macarıstanı döyüşməyən dövlət elan etdi. Macar hakim dairələri "Böyük Macarıstan" yaratmaq üçün fürsət axtarmağa başladılar. Transilvaniya problemi hökumətin iclaslarında daim müzakirə obyekti olurdu. Transilvaniyanı almaq üçün macar hökumə tinin Rumıniya ilə sərhəddə ordu toplamasına Almaniya və İtaliya etiraz etdilər. Macaristanla Rumıniya arasında bu məsələyə dair aparılan danışıqlar nəticəsiz qaldı.

1940-cı il avqustun 30-daolan Transilvaniyanın şimal və şimal-şərq hissəsini Macarıstana verdi. Bu ərazidə 1 mln. nəfərdən çox rumın yaşayırdı. Milli azlıq lar haqqında sazişlər imzalandı. Lakin ikinci Vyana arbitrajının qərarları Macarıstandakı narazılığı aradan qaldırmadı. 1940-cı il okt yabrın 3-də Bel İmredi hakim partiyadan çıxaraq Macar Yeniləşmə Partiyasını yaratdı. Ölkədə qruplar arasında mübarizə gücləndi. Xorti salaşistlərin lideri F.Salaşini amnistiya ilə həbsxanadan çı xardı. Bundan sonra Macaristan Almaniya bloku ilə daha çox yaxınlaşdı. 1940-ci il noyabrın 20-də Macarıstan hökuməti rəsmi ola raq "Üçlər paktı"na qoşuldu. 1941-ci ilin baharında Yuqoslaviyaya müharibə elan edən Macaristan ikinci dünya müharibəsinə girdi. Az sonra, aprelin 3-də baş nazir Pal Teleki özünü öldürdü. Maca ristanın yeni baş naziri Hitler Almaniyasına rəğbət bəsləyən Laslo Bardoşşi oldu. Macar hökumətinin bu hərəkətləri Böyük Britaniya və Fransada etirazı qarşıladı.

Macarıstanın iki blok ölkələri arasında manevr etməsi "yelləncək siyasəti" adını aldı. Bunu görən Hitler Kallayi hökumətinin dəyişdirilməsini Xortidən tələb etdi.

1944-cü il martın 12 də Hitler "Marqaret-1" adı altında Macarıstanın işğalı planını təsdiq etdi. Az sonra Almaniya orduları Macarıstanın əsas sənaye şəhərlərini işğal etdi. 1944-cü il oktyabrın 15-də Xorti radio ilə çıxış edə rək ölkəsinin müharibədən çıxdığını elan etdi. Lakin generalitet bu əmrə tabe olmadı. Belə olduqda oktyabrın 16-da Xorti hakimiyyəti Hitlerin əlaltısı olan Ferens Salaşiyə verdi. Belə vəziyyətdə Kallayi hökuməti istefaya getdi.

Bir ay sonra bütün Macarıstan ərazisi işgaldan azad edildi.Macarıstanın tarixində yeni dövr başladı.


Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin