1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


Sual 20. 1918-ci ilin əvvəllərində döyüşən dövlətlər arasında qüvvələr nisbəti



Yüklə 108,94 Kb.
səhifə20/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   16   17   18   19   20   21   22   23   ...   79
cavab

Sual 20. 1918-ci ilin əvvəllərində döyüşən dövlətlər arasında qüvvələr nisbəti

Almaniya Avropanın şərqində uğurlu hərbi əməliyyatlar aparıb geniş ərazilər tutduqdan sonra müharibənin artıq başa çatdığını və düşmən ölkələrə öz sülh şərtlərini buyuracağını düşünürdü. Lakin Almaniya bloku ölkələrinin ağır təsərrüfat-iqtisadi həyatı mənfi təsir göstərdi. Bu ölkələrin əhalisi aclıq çəkirdi.. Almaniya iqtisadi cəhətdən tükəndi və əmək məhsuldarlığı aşağı düşdü. Ölkədə yanacaq və xammal ehtiyatları çatışmırdı. Nəqliyyat bərbad hala düşdü və in san ehtiyatı da tükəndi. Xalq müharibədən usandi.

Aclıq çəkən Avstriya-Macaristan ordusu döyüş qabiliyyətini itirdi. "Qurama imperiya"da yaşayan xalqların milli-azadlıq mübarizəsinin güclənməsi müharibəni davam etdirməyə daha imkan ver mirdi.

Almaniyanın müttəfiqləri olan Osmanlı dövləti və Bolqarıstan da çətin hərbi, iqtisadi və siyasi vəziyyətə düşdülər. Bütün bunlara baxmayaraq, bu blok ölkələri içərisində yalnız Almaniya ordusu döyüş qabiliyyətini hələ qismən də olsa qoruyub saxlayırdı. Antanta ölkələri də çətinliyə düşdülər. İngiltərə, Fransa və İtaliyanın iqtisadi və ərzaq vəziyyəti əlverişli deyildi. Lakin onların tam tükənməyinə hələ çox var idi. Bu ölkələr içərisində yalnız İtaliyanın vəziyyəti daha fəlakətli olaraq qalırdı. İngiltərə va Fransanın strateji xammal, ərzaq. işçi qüvvəsi və əsgər aldığı müstəmləkələrlə ənənəvi əlaqələri Almaniyanın apardığı sualtı müharibə ucbatından xeyli çətinləşdi. Buna baxmayaraq, hərbi texnika sarıdan İngiltərə, Fransa və ABŞ Almaniya bloku ölkələrini üstələyirdilər. ABŞ-ın müttəfiqlərinə yardımı müharibədə mühüm rol oynadı. Artıq 1918-ci ilin yayında Almaniya ordusu döyüş qabiliyyətini tamamilə itirdi. Almaniya ali baş komandanlığı ordunun daha müqavimət göstərmək qabiliyyətində olmadığını bil dirdi. Almaniyada hökumət dəyişikliyi oldu. Liberal Maks Badenskinin başçılığı ilə yaradılan yeni hökumət oktyabr ayının əvvəllərində ABŞ prezidenti Vilsona nota göndərərək "14 maddə"nin şərtlərinə uyğun olaraq sülh bağlamağa razı olduğunu bəyan etdi. İki ölkə arasında notalar mübadiləsi bir ay çəkdi. Lakin ABŞ hökuməti imperator II Vilhelm vəzifəsindən getməyənə və alman ali hərbi komandanlığı siyasi hakimiyyətə tabe etdirilməyə nədək müttəfiqlərin Almaniya ilə heç bir rəsmi danışıqlar aparma yacağını bildirdi. Belə olduqda hərbi idarəçilik sisteminə rəhbərlik edən general Erix Lüdendorf vəzifədən uzaqlaşdırıldı. Özünü paytaxtda təhlükəsiz hiss etməyən II Vilhelm isə feldmarşal Paul Hindenburqun qərargahına getdi. Alman ordusunun hərbi əməliyyatlar aparmaq iqtidarında olmadığını görən müttəfiqlər növbəti döyüş planlarını hazırlamaqdan imtina etdilər.



Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin