1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


ABŞ-da Herbert Huverin prezidentliyi (1928-1932-ci illər)



Yüklə 108,94 Kb.
səhifə19/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   15   16   17   18   19   20   21   22   ...   79
cavab

19.ABŞ-da Herbert Huverin prezidentliyi (1928-1932-ci illər)

1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. Handinq müharibə dövründə xaricilərə və radikallara inamsızlığı artan Amerika xalqının əhval-ruhiyyəsini nəzərə almağı vacib hesab etdi. O, Oqayo ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədi ilə həmkarlar ittifaqları assosiasiyaları yaradıldı.1921-ci ildə 1920- ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil etdi.

1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi. Xarici ticarət iki dəfə azaldı, işsizlik artdı, əmək haqqı 25-50% ixtisar edildi. Lakin böhran 1921-ci ilin sonu 1922-ci ilin əvvəllərində iqtisadi yüksəlişlə əvəz olundu. ABŞ-da iqtisadi böhranın tez qurtarmasının səbəbləri daxli bazarın geniş tutumlu olması, yeni sənaye sahələrinə iri həcmli kapital qoyuluşu, ABŞ mallarının xarici ölkələrə ixracından və onun verdiyi borclardan gələn gəlirlər ilə əlaqədar idi. 1922-ci ildən iqtisadiyyatda inkişaf və ya "çiçəklənmə" ("prosperite") dövrü başlandı. 1920-1929-cu illərdə bankların sayı 30 mindən 24 minə düşsə də, onların kapitalı 21 mlrd. dollara qədər artdı. Qardinqin hakimiyyəti illərində rüşvətxorluq halları artdığına görə üç nazir istefaya getməli oldu.

1923-cü ilin avqustun 2-də Alyaskaya səfəri zamanı Hardinqin ölümündən sonra vitse-prezident respublikaçı Kalvin Kuliç onun yerini tutdu.





Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin