1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


Kanada XX əsrin 20-ci illərində



Yüklə 108,94 Kb.
səhifə14/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   10   11   12   13   14   15   16   17   ...   79
cavab

14. Kanada XX əsrin 20-ci illərində

1920-ci ildə Kanadanı iqtisadi böhran bürüdü. Sənaye məhsulları istehsalı 11%, ixrac 13% azaldı. Aqrar böhran 1921- ci ildə xüsusilə dərinləşdi. Avropaya buğda göndərilməsi, demək olar ki, dayandırıldı. Zəhmətkeşlərin vəziyyəti pisləşdi.

1921-ci ilin parlament seçkilərindən sonra hakimiyyəti 1926-cı ilə qədər M.Kinqin başçılıq etdiyi liberallar hökuməti idarə etdi.

Liberal Partiyasının sağ qanadına məxsus oldu. Yeni hökümət iqtisadiyyatın yenidən qurulmasına başlayaraq dövlət tənzimlənməsindən imtina etdi. 20-ci illərdə öl kədəki iqtisadi yüksəliş ilk növbədə sənayenin yeni sahələri olan hidroenergetika, aviasiya və maşınqayırma sahələrinin inkişafı he sabına baş verdi.

Emal sənayesi inkişaf etdi. Hərbi əməliyyatların getdiyi xarici ölkələrdən Kanadaya yeni ucuz işçi qüvvəsi gəldi. 1923-28-ci illərdə Kanadaya gələnlərin sayı 800 min nəfəri ötüb keçdi. Kanadanın iqtisadi yüksəlişində xarici kapital xüsusi rol oynadı. Ölkədə amerikan kapitalının rolu artdı. Daxili və xarici ticarət genişləndi. Kənd təsərrüfatı məhsulları istehsalı çoxaldı. Fermer təsərrüfatı gücləndi. Taxıl istehsalı artdı. Ölkə taxıl ixracatçısı adını qoruyub saxladı. Kanada böyük dövlətə çevrilməyə başladı. 1924-28-ci illərdə parlamentdə müzakirələr əsasən gömrük tariflərinə dair aparıldı. 1925-ci ildə "Taxıl aktı" qəbul edildi. Qanunun qəbulundan sonra ölkədə taxil istehsalı daha da çoxaldı. Fermer birlikləri yarandı. İqtisadi yüksəliş ölkənin partiya-siyasi həyatının sabitləşməsinə də kömək etdi.

1923-cü ild ə Kanada Londonun icazəsi ilə müstəqil xarici siyasət yeritmək hüququ aldı. 1926-cı ildə isə Kanada digər dominionlarla birlikdə bütün sahələrdə İngiltərə ilə bərabər hüquqa malik oldu. 1927-ci ildə ABŞ və Kanada səfirlər mübadiləsi etdi. Fransada Kanada nümayəndəliyi açıldı. Kanadanın Millətlər Cəmiyyəti və digər beyn əlxalq təşkilatlarda fəaliyyəti gücləndi. 1927-ci ildə o, Böyük Britaniyanın təsiri altında SSRİ il ə münasibətləri kəsdi.




Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin