6.I Dünya müharibəsinin Almaniya üçün sosial-iqtisadi
1918-ci il oktyabrın 5-də sosial-demokrat Maks Badenski hökuməti yaradıldı. O, siyasi sistemin islahatını, hökumətin reyxstaq qarşısında məsu liyyət daşımaq, ali dövlət və hökumət vəzifələrinə şəxslərin təyin olunmasında icra strukturlarının rolunu azaltmaq və geniş sosial tədbirlər həyata keçirmək niyyəti barədə məlumat verdi. İmperator II Vilhelmin qohumu olan M.Badenskinin əsas vəzifəsi Almaniya üçün minimum əlverişli sülh bağlamaq və ölkədə inqilabi partla yışın qarşısını almaq idi. Onun hökuməti qurulmamışdan əvvəl Almaniyanın sülh bağlamaq təklifini ABŞ qəbul etməmişdi. Tezliklə məlum oldu ki, M.Badenski imperatorun özünü hakimiyyətdən uzaqlaşdırmaq yolu ilə qalib dövlətlərlə münasibətləri tənzimləmək istəyir.
Oktyabrın sonunda Almaniya silahlı qüvvələrinin koman danlığı ingilislərlə qeyri-bərabər dəniz döyüşünə girmək barədə əmr verdi. Lakin ruhdan düşən, məğlubiyyətlə artıq barışan və keyfiyyətsiz ərzaqdan narazı qalan əsgər matroslar və döyüşməkdən imtina edərək noyabrın 3-də liman şəhəri olan Kildə üsyana başladılar. Üsyançılar şəhəri ələ keçirərək Almaniyada ilk dəfə olaraq Fəhlə, matros və əsgər deputatları sovetini yaratdılar. Kildəki hadisələr Almaniyada inqilabın başlanğıcı oldu.
Köln, Münhen və b. şəhərlərdə də üsyanlar baş verdi. Üsyançılar köhnə hakimiyyəti devirib Fəhlə, matros və əsgər deputatları sovetləri yaratdılar. Ölkəni inqilab bürüdü. Başlanan inqilab dörd mərhələdən keçdi: 3-9 noyabr; 10 noyabr dekabrın ortaları; dekabrın ortaları - 1919-cu il fevral; 1919-cu il fevral - may.
Belə şəraitdə imperatorun devrildiyini elan edən Maks Badenskinin özü də istefaya çıxdı. Müəssislər Məclisi çağırılana qədər hökumətin başçısı sosial-demokratların nümayəndəsi Fridrix Ebert oldu.
Ebert hökuməti bir sıra daxili problemlərin həllinə girişərək mühasirə vəziyyətini ləğv, söz, mətbuat, yığıncaq azadlığını bərpa,siyasi dustaqları əfv, 8 saatlıq iş gününü tətbiq etdi və işsizlərə yardım göstərdi. Müharibə dövründə tətbiq edilən bir sıra konstitusiya məhdudiyyətləri aradan qaldırıldı.
Xarici siyasətdə hökümətin əsas məqsədi ölkəni müharibədən çıxarmaq idi. müharibədən çıxarmaq idi. Bu məqsədlə o bir sıra addımlar atdı.
Ebert hökuməti noyabrın 11-də Kompyen meşəsində qalib dövlətlərlə barışıq sazişini imzaladı.
Birinci dünya mübaribəsi ölkənin sosial-iqtisadi həyatına ağır təsir etdi. Almaniya müharibəyə 150 mlrd. marka xərclədi. Ölkənin xammal və yanacaq ehtiyatları tükəndi. Müharibədə hərbi-siyasi cəhətdən məğlub olan Almaniya eyni zamanda böyük insan itkisinə də məruz qaldı. 2 min. nəfər öldü, 4,5 mln. nəfər yaralan dı, 1 mln. nəfər əsir düşdü. Müharibədə ölənlərin 80 min nəfəri yalnız dənizçi idi. Almaniya əhalisinin 1/10-ni itirdi.
Ölkənin sənaye sahələri dağıldı və kənd təsərrüfatı bərbad hala düşdü. Taxıl və kartof istehsalı 15-18%, iribuynuzlu mal-qara isə 11% azaldı. Vergilər 5 dəfə artdı, iş günü 12-14 saata çatdı. Aclıq, xəstəlik və işsizlik ölkəni bürüdü. Maliyyə sistemi pozuldu. Almaniya müharibə nəticəsində ərazisinin 1/8 hissəsini və ya 73,6 min kv. km-ni (bütün ərazisinin 13%-ni) itirdi. Versal sülh mü qaviləsinin şərtlərinə görə Almaniya Elzas, Lotaringiya və Polşa ərazilərini geri qaytardı. Dansiq (Qdansk) azad şəhərə çevrildi. Reynin sol sahili 15 il müddətinə Antanta ölkələri tərəfindən tutuldu, çayın hər iki sahilində 50 km-lik ərazi hərbsizləşdirilmiş zona elan edildi.
Dostları ilə paylaş: |