1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi



Yüklə 108,94 Kb.
səhifə5/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   2   3   4   5   6   7   8   9   ...   79
cavab

5.Krım konfransı

4–11 fevral 1945-ci ildə Yaltanın Livadiya sarayında keçirilmiş ikinci dünya müharibəsinə dair konfrans.

1945-ci ilin fevralında Yaltada "Böyük üçlüyün" dövlət başçılarının (Çörçill, Ruzvelt və Stalin) yeni görüşü keçirildi. Krım konfransı adını almış bu konfransda qərara alındı ki, Almaniya danışıqsız təslim olmalı və ərazisi işğal edilməlidir. SSRİ, ABŞ və Böyük Britaniyadan başqa Fransaya da işğal zonası verilməlidir.

Almaniyadan təzminat alınmasının vacibliyi də qeyd olundu. Belə ki, konfrans qərara aldı ki, Almaniya 20 milyard dollar təzminat ödəməlidir və bunun da, 10 milyard dolları SSRİ-yə çatmalı idi. Konfransda SSRİ qərb sərhədlərinin tanınmasına nail oldu. Bununla yanaşı, SSRİ Almaniya ilə müharibə qurtarandan 2-3 ay sonra Yaponiyaya qarşı müharibəyə başlamaq barədə götürmüş olduğu öhdəliyə sadiq qaldı. İosif Stalin bunun müqabilində Cənubi Saxalin, Kuril adaları, Mancuriyada Cənub-Şərqi Çin dəmir yolu və Port-Arturun SSRİ-yə verilməsini tələb etdi. Konfransda "Azad edilmiş Avropa haqqında bəyannamə"də qeyd edildi ki, qitə xalqlarının arzularına uyğun demokratik təsisatlar qurmasına təminat veriləcəkdir. Konfransda Birləşmiş Millətlər Təşkilatının iş qaydaları müəyyənləşdirildi.

Yalta konfransının qərarlarının təsdiqi 1945-ci ilin 17 iyul-2 avqustda keçirilmiş Potsdam konfransının qərarları oldu.


Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin