1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


Macarıstan dünya iqtisadi bıhranı illərində (1929-1933-cü illərdə)



Yüklə 108,94 Kb.
səhifə31/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   27   28   29   30   31   32   33   34   ...   79
cavab

32. Macarıstan dünya iqtisadi bıhranı illərində (1929-1933-cü illərdə)

Dünya iqtisadi böhranı 1929-cu ilin ortalarından başlayaraq macar iqtisadiyyatına sarsıdıcı zərbə vurdu. Sənaye və kənd təsər rüfatı məhsulları reallaşmadı. Sənaye istehsalı aşağı düşdü. Yüngül sanaye sahələri böhrandan ziyan çəkdi. Orta və xırda müəssisələr iflasa uğradı. Buna baxmayaraq sənaye böhranı istehsalın və kapi talın təmərküzləşməsini sürətləndirdi. 1931-ci ilin yayında böhran ölkənin maliyyə sistemini sıradan çıxardı. Şəhər əhalisi və qulluq çuların vəziyyəti pisləşdi. İşsizlərin sayı xeyli artdı. Sənayedə işsizlərin sayı 241 min, kənd təsərrüfatında isə 600 min nəfərə çatdı. Dünya iqtisadi böhranı macar hökumətini çətin vəziyyətə saldı. 1931-ci ilin fevral-mart aylarında Xorti iqtisadi və siyasi böhran məsələlərini müzakirə etmək üçün Dövlət Şurasını çağırdı. Şura iclasında İştvan Betlen hökumətinin tədbirləri kəskin tənqid edildi.

1931-ci ilin iyununda keçirilən seçkilərdə hakim Birlik Partiyası qələbə çalsa da qazanılan mandatların sayı 1926-cı illə müqayisədə az oldu, Parlamentin birinci iclasında İştvan Betlen hökuməti yaranmış sosial-iqtisadi vəziyyət üçün təqsirkar hesab edildi. Avqust ayında onun hökuməti istefa verdi. Avqustun 21-də baş nazir vəzifəsinə qraf Dyula Karoyi təyin edildi.

Dünya iqtisadi böhranı illərində Macarıstanın xarici siyasətin də Avropa ölkələri ilə münasibətlər xüsusi yer tutdu. Macaristan İtaliya münasibətləri inkişaf etdirildi. Lakin Macarıstanın Kiçik An tanta ölkələri olan Çexoslovakiya, Yuqoslaviya və Rumıniya ilə münasibətləri kəskin olsa da Böyük Britaniya və Fransa ilə müna sibətləri inkişaf etdirildi. Macar-alman münasibətləri də rəvan inki şaf etməyə başladı. Macar hökuməti Avstriya ilə münasibətlərini yaxşılaşdırdı. 1931-ci il yanvarın 26-da dostluq, qarşılıqlı yardım və əməkdaşlıq haqqında Avstriya-Macarıstan müqaviləsi imzalandı. Macaristan hökuməti dünya iqtisadi böhranı illərində bolşevizmin yayılmasına qarşı mübarizədə Avropa ölkələri ilə ittifaqda çıxış etdi.




Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin