33. Brian-Kellok paktı
1928-ci il avqustun 27-də Parisdə Milli siyasətdə müharibələrdən imtina edilməsi barədə Fransa xarici işlər naziri A.Brianın təşəbbüsü ilə imzalanan paktdır.
İyulun 12-də Almaniya, 14-də Fransa, 15-də İtaliya, 17- də Polşa, 18-də Belçika və Böyük Britaniya, 20-də isə Yaponiya və Çexoslovakiya həmin pakta qoşuldu. Paktın imzalanması mərasimi avqustun 27-də Parisdə keçirildi. Mərasimdə Böyük Britaniya, Belçika, Almaniya, İtaliya, Polşa, Fransa, Çexoslovakiya və Yaponiya nümayəndələri iştirak edirdi. Pakt 3 maddədən ibarət idi:
Tərəflər qarşılıqlı münasibətlərində mübahisə və müharibələrdən imtina edirdilər.
Mübahisələri və münaqişələri dinc yollarla həll etməli idilər.
Bu pakt bütün dövlətlər üçün açıq elan edilirdi.
1929-cu ilin əvvəllərində Brian-Kelloq paktına 44 dövlət qoşuldu. Pakt 1929-cu il iyulun 24-də qüvvəyə mindi. Paktın imzalanmasının böyük tarixi əhəmiyyəti var idi. Onu imzalayan dövlətlər qarşılıqlı münasibətlərdə müharibələrdən imtina etmək, bütün mübahisələri dinc vasitələrlə həll etmək öhdəliyi götürdülər. Bu isə Avropada müharibə təhlükəsini müvəqqəti də olsa arxa plana keçirir və dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığa kömək edirdi.
Dostları ilə paylaş: |