1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi



Yüklə 108,94 Kb.
səhifə35/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   31   32   33   34   35   36   37   38   ...   79
cavab

36.Rur münaqişəsi

Almaniya müharibədə məğlub olduqdan sonra çox ağır şərtlərlə sülh imzalamağa məcbur oldu. Sülh müqaviləsinin şərtlərinə görə Almaniya böyük miqdarda təzminat ödəməli idi. Lakın təzminatın miqdarı və hansı ölkələrə veriləcəyi müəyyən edilməmişdi. Təzminatın ümumi miqdarı 132 milyard qızıl marka dəyərində qəbul edildi. Lakin Almaniya bu təzminatı ödəyə biləcək vəziyyətdə deyildi.  Fransa təzminatın tam ödənilməsini israrla tələb etsə də Almaniya buna imkanı olmadığını bildirirdi. Təzminatın ödənilməsi məsələsində Almaniyanın özündə də fikir ayrılığı var idi. Bir qrup dövlət xadimi ümumiyyətlə təzminatın ödənilməsindən imtina edilməsini müdafiə edirdi.

Fransızlar Almaniyanı təzminatı ödəməməkdə və Versal sülh müqaviləsinin şərtlərini pozmaqda ittiham edirdi.

Bu dövrdə İtaliya hakimiyyətdə olan Mussolini də Rur münaqişəsində Fransanı müdafiə edirdi.

1923-cü ilin yanvar ayının 2-4-də Parisdə keçirilən konfransda İngiltərə 4 il müddətinə Almaniyanın təzminatı ödəməsinə moratorium qoyulmasını təklif etsə də Fransa buna etiraz etdi.

Yanvarın 10-da Fransa və Belçika Almaniyaya nota verərək təzminatın ödənilməsinə nəzarət etmək üçün Rura komissiya göndərdiklərini bildirdilər. Bunun ardınca yanvarın 11-də Fransa-Belçika ordusu Ruru tutdu.

Fransa bu işğalla öz istəyinə çata bilmədi. Alman fəhlələrinin passiv müqavimət göstərməsi nəticəsində Fransaya daş kömür və s. göndərilmədi. Bunun əvəzində Almaniyada ictimai rəy Fransanın əleyhinə dəyişdi və insanlar hər şeyin günhakarı kimi Fransanı görməyə başladılar.

Rur avantürası Fransanın Avropadakı nüfuzuna zərbə vurdu.




Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin