37.I Dünya müharibəsinin Argentinaya təsiri
Birinci dünya müharibəsi illərində Argentina bitərəf ölkə idi. Müharibə Argentina iqtisadiyyatını Avropa sənaye bazarından ayı raraq sürətli inkişafına kömək etdi. Çünki döyüşən dövlətlər, xüsusən Ingiltərə və ABŞ
Argentinanın kənd təsərrüfatı məhsullarına va ərzağına ehtiyac duyurdular. Argentinanın kənd təsərrüfatı məhsulları dünya iqtisadiyyatı və ticarətində əhəmiyyətli rol oynamağa başladı. Yaranmış əlverişli şəraitdə kənd təsərrüfatı sahibkarları çoxlu gəlir əldə etmək məqsədilə torpağı geniş şəkildə icarəyə verirdilər. Xarici ölkələrin Argentina mallarına olan tələbatı ölkədə iqtisadi yüksəlişin baş verməsinin başlıca səbəblərindən idi.
Müharibə illərində ölkənin xarici ticarəti xeyli artdi. Toxuculuq, elektrotexnika sənaye sahələri və ticarət inkişaf etdi. Müharibə dövründə ərzaq, toxuculuq, tikinti, gəmiqayırma sənayesi inkişaf etdi, neft və daş-kömür çıxarılması çoxaldı.
Müharibədən sonrakı illərdə hakimiyyətdə Radikallar Partiyasının nümayəndəsi İppolito İriho yen idi. O, 1916-cı ildə prezident seçildi və 1922-ci ilədək bu vəzifədə qaldı. Bütövlükdə bu partiya 1930-cu ilədək hakimiyyətdə oldu. Partiya ticarət-sənaye sahibkarlarına, orta sahibkarlara, ziyalılara, sənətkarlara və qismən də fəhlələrə arxalanırdı.
Hakimiyyətdə olan Radikallar Partiyası daxili siyasətdə bir sıra islahatlar həyata keçirdi. Irihoyen hökumətinin daxili siyasətinin qarşısında duran başlıca vəzifə ölkədə mümkün ola biləcək özbaşınalıqları aradan qaldırmaq, mərkəzi hakimiyyəti gücləndirmək va qayda-qanunu möhkəmləndirmək idi. O, iri torpaq sahibliyinin aleyhinə çıxaraq əyalətlərin daxili işlərinə qarışdı. Prezident inzibati və bələdiyyə isla hatını həyata keçirdi. İrihoyen Buenos-Ayres ayalətini milli qanun ları pozmaqda təqsirləndirərək hərbi vəziyyət elan etdi. Mərkəzi hökumət Salta, Katamarka və La-Rioxa əyalətlərində inzibati və yerli özünüidarə orqanlarının islahatını keçirdi.
Milli sənayenin inkişafı üçün geniş islahatlar həyata keçirildi. Ölkədə demokratik tədbirlər də görüldü. Azad mətbuat və siyasi partiyaların normal fəaliyyət göstərməsi üçün şərait yaradıldı.
1919-1921-ci illərdə İrihoyen hökuməti universitetlərdə isla hat keçirdi. Bu islahata görə universitetlərə muxtariyyət hüququ ve rildi. Universitetlərə qəbul aparılarkən tətbiq olunan bir sıra məh dudiyyətlər aradan qaldırıldı. Hökumət yeni məktəblər açdı. Yalnız 1916-1922-ci illərdə ölkədə 3126 məktəb tikilərək istifadəyə ve rildi.
Dostları ilə paylaş: |