1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


Osmanlı dövlətinin məğlub olması. Mudros barışığı



Yüklə 108,94 Kb.
səhifə37/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   33   34   35   36   37   38   39   40   ...   79
cavab

38. Osmanlı dövlətinin məğlub olması. Mudros barışığı
1918-ci ilin oktyabrında türk ordusu Fələstin və Suriyada məğlubiyyətə uğradı. Oktyabrın 30-da Osmanlı dövləti Antanta dövlətləri arasında

Saqqız (Lemnos) adasındakı Mondros limanında barışıq sazişini imzaladılar.

Barışığın şərtlərinə görə Qara dəniz boğazları müttəfiqlər tərəfindən işğal edilməli; Osmanlı sularındakı bütün qüvvələr və silahlı mövqelər haqqında müttəfiqlərə məlumat verilməli və onların, zərərsizləşdirilməsi üçün yardim olunmalı;

Müttə fiqlərin hərbi əsirləri İstanbula gətirilərək müvafiq ölkələrə təslim edilməli;

Osmanlı hökuməti daxili nizam-intizamı və sərhədləri qorumaq üçün lazım olacaq hərbi qüvvələrdən başqa qüvvə saxlamaq hüququndan məhrum edilməli;

Osmanlı sularında üzən hərbi gəmilər müttəfiqlərə təslim edilməli idi; müttəfiqlərin mövqelərinə qarşı təhlükə olacağı təqdirdə onlar Osmanlı dövlətinin istənilən strateji hissəsini işğal etmək hüququnu saxlayırdılar, türk limanlarından Osmanlı dövlətinin müttəfiqlərinin istifadə etmələri qadağan olunurdu;

Osmanlı hərbi birləşmələri Güney Azərbaycandan dərhal çıxmalı və Osmanlı dövləti Qafqaz ərazisinin müttəfiqlərin nəzarətinə keçməsinə etiraz etməməli;

Qalib dövlətlər Batumu və Bakını işğal etməli; Almaniya və Avstriya-Macarıstanın bütün məmurları bir ay ərzində Osmanlı ərazilərini tərk etməli; Osmanlı hərbi asirləri müttəfiqlərin nəzarəti altında mühafizə olunmalı idi.

Mudros barışığı Osmanlı dövlətinin vəziyyətini xeyli ağırlaş dıraraq müttəfiqlərdən asılı hala saldı. Belə şəraitdə Avstriya Macarıstanın məğlubiyyəti labüd idi.


Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin