1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


İngiltərədə II Leyborist höküməti



Yüklə 108,94 Kb.
səhifə29/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   25   26   27   28   29   30   31   32   ...   79
cavab

29. İngiltərədə II Leyborist höküməti
1928-ci ildə ölkədə yeni seçki qanunu qəbul edildi. Qanuna görə qadın və kişilərin hüquqları bərabərləşdirildi. Bununla belə, 3 aylıq oturaq həyat tərzi, əmlak sahibi olmaq və universitet bitirmək senzi saxlanıldı. İşsizliyə görə yardım alan şəxslərin seçki hüququnun məhdudlaşdırılmasından imtina edildi.

Seçki ərəfəsində Mühafizəkarlar Partiyasında rəhbərlik uğrun da mübarizə qızışdı. Bu isə yeni mühafizəkarların seçkiqabağı cəlb edici proqramı irəli sürmələrinə mane oldu.

Mühafizəkarlardan fərqli olaraq leyboristlər "Leyborizm və millət" adlı yeni proqram işləyib hazırladılar. Proqram radikal islahatlardan çox uzaq idi. Leyboristlərin əvvəllər irəli sürdükləri milliləşdirmə tələbi "ictimai korporasiyalar" yaradılması ideyası ilə əvəz edildi. Cəmiyyətdə leyboristlərin nüfuzu xeyli yüksəldi. 1929-cu il mayın 30-da keçirilən parlament seçkilərində müha fizəkarlar məğlubiyyətə uğradılar.

Ikinci Leyborist hökumətinin daxili siyasəti başlıca olaraq işsizliyə qarşı mübarizə proqramının həyata keçirilməsini, iş yerləri yaratmaq üçün köçürmə siyasətinin yerinə yetirilməsini və sosial siğorta sisteminin tətbiqini nəzərdə tuturdu. Hökumət bu proqramı radikal addımlar atmaqla deyil, digər partiyalarla ümumi razılığa gəlmək yolu ilə həyata keçirməyə başladı. Belə yol isə xeyli uzun olub çoxlu mübahisələr yaradırdı.

İkinci Leyborist hökumətinin xarici siyasəti başlıca olaraq İngiltərənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə yönəlmişdi.

İkinci Leyborist hökuməti xarici siyasət fəaliyyətində SSRİ ilə münasibətlərə xüsusi diqqət yetirdi Leyboristlər verdikləri seçkiqabağı vədə əməl edərək 1929-cu il oktyabrın 3-də SSRİ ilə diplomatik münasibətləri bərpa etdilər. Lakin iki ölkə arasında münasibətlərdə soyuqluq hələ də qalırdı.

Leyboristlər hökumətinin xarici siyasətində Avropa ölkələn ilə münasibətlər özünəməxsus yer tutdu.

30.Üçüncü Reyx

Hitlerin "Milli həmrəylik" hökuməti koalisiyalı olub tərkibində mərkəzçiləri, mühafizəkarları və millətçiləri birləşdirirdi. Frik daxili işlər naziri, Gering isə reyxstaqın sədri olmaqla Prussiyanın daxili işlər naziri təyin edildilər. Hökumət fəal daxili siyasət yeridərək alman cəmiyyətinin böyük əksəriyyəti tərəfindən rədd olunan solçu hərəkata qarşı mübarizəyə başladı. İlk növbədə millət içərisində sinfi bölgü əsasında nifrət yaradan kommunist təşkilatları sıxışdırıldı.

1933-cü il fevralın 28-da reyxstaqın binası yandırıldı. Bundan istifadə edən hökumət taxminan 10 min adamı həbs etdi. Kommunistlərin rəhbəri E.Telman 1933-cü il martın 3-də həbs olundu. Bütün kommunist qəzetləri bağlanıldı..

Alman cəmiyyətini qarşıdurmaya və vətəndaş müharibəsinə çağıran 81 kommunistin deputat mandatı az sonra ləğv edildi və onlar həbs olundular. 1933-cü il martın 14-də AKP və kommunist yığıncaqları rəsmi olaraq qadağan edildi. Ölkədə minillik dövlətin- Üçüncü reyxin yaradılmasına başlandı. Hökumət 1933-cü il martın 24-də "Xalqın və dövlətin fəlakətli və ziyyətini aradan qaldırmaq" haqqında qanunu parlamentdən keçirə rək fövqəladə səlahiyyətlər aldı.

1933-cü il mayın 2-də həmkarlar ittifaqlanı qadağan olundu. Bütün fəhlələr başlıca məqsədi əməyin mənafeyini qorumaq olan "Vahid alman əmək cəbhəsinə" daxil edildilər.

1933-cü il iyunun 23-də Almaniya Sosial-Demokrat Partiyası qadağan edilərək əmlakı müsadirə olundu. Digər partiyalar da özlərinin fəaliyyətlərini dayandırdılar. İyulun 14-də Nasional Sosialist Partiyasından başqa bütün partiyaların buraxılması haqqında qanun qəbul edildi.

Hökumət iqtisadi sahədə bir sıra tədbirləri həyata keçirdi. 1933-cü il fevralın 20-da Hitlerin iri sənayeçilərlə görüşündə ölkənin qarşısında duran ən vacib iqtisadi problemlər geniş müza kirə edildi.

1933-cü ilin sentyabrında "İrsi həyətlər haqqında qanun" qa bul edildi. Bu qanuna görə Almaniyanın bütün kənd əhalisi iki də rəcəyə bölündü: kəndlilər və təsərrüfat sahibləri.





Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin