15. İdarəetmə proqramları və qanunları.
Hər bir AİS - in başlıca məqsədi idarəolunan parametri ya əvvəlcədən məlum olan və yaxud da istismar prosesində müəyyən şərtlərdən asılı olaraq kənardan daxil edilən proqramla dəyişmək və yaxud da stabil saxlamaqdan ibarətdir. Bu cür idarəetmə proqramları zaman üzrə və yaxud da idarəolunma obyektinin cari vəziyyətini xarakterizə edən parametrlərdən asılı parametrik ola bilər. İdarəolunma obyektinin cari vəziyyətini xarakterizə edən fiziki kəmiyyyətlərdir: . Zaman üzrə idarəetmə proqramına misal güclü mühərrikin sürətinin artırılmasını göstərmək olar ki, bunun zaman üzrə düzgün aparılmaması işəburaxma zamanı qəza vəziyyətinin yaranmasına səbəb ola biləır:
Digər misal, metalların əridilməsində temperaturun müəyyən az müddət ərzində konkret temperatura qədər zaman üzrə artırılmasını göstərmək olar ki, həmin temperaturda əritmə prosesi kifayət qədər davam etdiriləcəkdir.
Parametrik idarəetmə proqramlarına misal uçan aparatın getdiyi yoldan asılı olaraq uçuş hündürlüyünün idarəolunmasını göstərmək olar. Çünki, həmin aparat nəzərdə tutulan məkana düşməlidir. Buna digər misal, təyyarənin kip salonunda uçuş hündürlüyündən asılı olaraq təzyiqin idarəolunmasını göstərmək olar:
İdarəetmə qanunu dedikdə avtomatik idarəedici quruluşun fəaliyyət alqoritmi (onun çıxış kəmiyyəti ilə giriş kəmiyyəti arasındakı asılılıq - idarəedici təsirin formalaşması alqoritmi) başa düşülür. Ümumi şəkildə darəetmə qanunu aşağıdakı kimi yazıla bilər:
(1)
Burada, - idarəedici təsir, - funksional asılılığın işarəsi, - idarə olunan parametrin tapşırıq qiymətindən meyletməsi, - tapşırıq təsiri, - həyəcanlandırıcı təsir. Bu ifadəni aşağıdakı kimi yazaq:
(2)
toplanına görə idarəetmə meyletməyə görə idarəetmə (Polzunov - Vat) prinsipi, toplananlarına görə idarəetmə (Ponselye) prinsipi həyəcanlandırıcı təsirə görə idarəetmədir. (1) və (2) - yə nəinki, ( ) həm də onların törəmələri, inteqralları da daxil ola bilər.
Biz ancaq xətti idarəetmə qanunlarını nəzərdən keçirəcəyik: П, И, ПИ, Д, ПД, ПИД qanunları.
Dostları ilə paylaş: |