Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər Avropa Birliyi ilə əlaqələri, həmçinin ikitərfli yeni enerji müqavilələrinin
mümkün şərtlərinin müzakirəsi isə növbəti istiqamət olacaq.
Azərbaycan və Türkiyə arasında qaşılıqlı ticarət dövriyyəsi və
investisiya qoyuluşları mütləq ölçüdə artsa da, bu, xüsusən son qlobal
iqtisadi böhrandan sonra daha təhlükəsiz bazarların arandığı dövrdə
iqtisadi əməkdaşlığın tam potensialını əks etdirmir. İkitərəfli investisiya və
ticarət əlaqələrinin qarşısında duran milli qanunvericilik, gömrük və vergi
sistemlərinin tələbləri ilə bağlı, həmçinin, qarşılıqlı əməkdaşlıq üçün sənaye
və kənd təsərrüfatı ilə yanaşı, digər klasterlərin tam müəyyən edilməməsi
ilə əlaqədar problemlər geniş müzakirə olunmalıdır.
Türkiyənin iqtisadi baxımdan aktiv regionlarında Azərbaycanın
investisiya imkanlarının tanıdılması və eyni zamanda, Azərbaycanda
həmin işin görülməsi vacibdir. Sahibkarlıq subyektləri üzrə yoxlamalar
və mövcud lisenziyalaşdırma prosesinin çətinliyi, ölkədə müntəzəm
qalmadıqları üçün Türkiyədən gələn işçilərin tibbi sığortasının olmaması
da problemlər sırasındadır. İqtisadi inteqrasiya səviyyəsi də iki ölkənin
potensialına cavab vermir. Türkiyədə qlobal maliyyə böhranının təsiri ilə
hələ də bir sıra sənaye müəssisələrində durğunluq hökm sürür. Onların
bir qismi müəyyən təşviqlər ilə Azərbaycana köçürülsə, buradan çox
perspektivli MDB ölkələri bazarlarına nəqliyyat baxımından daha rahat,
iqtisadi baxımdan daha sərfəli şərtlərlə çıxış əldə edə bilərlər. Türkiyə tərəfi
Azərbaycanda çalışan türk şirkətlərinin güzəştli şərtlərlə kreditlərlə təmin
olunmasına da diqqət ayırmalıdır. Hər iki ölkənin şirkətlərinin qarşılıqlı
şəkildə özəlləşdirmə müsabiqələrinə daha aktiv şəkildə qoşulmalarına
ehtiyac var. Ölkələrimiz arasında təhsil, mədəniyyət və digər sosial
əlaqələrin də inkişafına xüsusi diqqət verilməlidir. Standartlaşdırma və
sertifikatlaşdırma sistemlərinin uyğunlaşdırılması, ticarət logistikası
imkanlarından bərabər istifadə ilə bağlı əməkdaşlıq da gücləndirilməlidir.
Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin, xüsusilə investisiya
əlaqələrinin koordinasiyası və mövcud vəziyyətin müntəzəm nəzərdən
keçirilməsi üçün “Azərbaycan-Türkiyə Qarşılıqlı Sərmayələr üzrə Məşvərət Şurası”nın təsis edilməsi iqtisadi inteqrasiyanı gücləndirən
addım olardı.
Baxmayaraq ki, ikitərəfli mədəni əlaqələr, sivil toplum səviyyəsində
əlaqələrdən daha aktivdir və onun əsas təşkilatçısı hökumət təşkilatlarıdır,
aşkardır ki, sosial əlaqələri daha da kütləviləşdirmək lazımdır. Elə bir