1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə109/203
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#30462
1   ...   105   106   107   108   109   110   111   112   ...   203
N 87

89
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
ARDNŞ-in mövqeyi neft məhsulları ixrac etdiyi ölkələrdə, xüsusilə Avropa 
bazarlarında  daha  da  möhkəmlənəcək  və  əlavə  gəlirləri  təmin  edəcək. 
Beləlklə,  Azərbaycan  şirkəti  məhsuldarlığını  və  effektivliyini  artırmaq 
niyyətindədir. Buna görə ARDNŞ-in müəssisəsi olan “Azərkimya” 2020-
ci ilədək “PETKİM” ilə yaxından əməkdaşlıq etməli, bununla da regionda 
hasilatın və qiymətin optimallaşdırılmasına töfhə verməlidir. Eyni zamanda, 
2007-ci ilin dekabrında açılan və İsveçrədə yerləşən “SOCAR Trading” hər 
iki şirkət üçün liqroin almaq səlahiyyətindədir
9
.
“STEAS”-lə  əməkdaşlıq  nəticəsində  ARDNŞ  növbəti  bir  neçə  ildə 
Türkiyənin  enerji  bazarında  daha  güclü  rol  oynaya  bilər.  2010-cu  ilin 
dekabr  ayında Türkiyənin  Enerji  Piyasası  Düzenleme  Kurumu  (EPDK)
10
 
“STEAS”-ı  30  illik  marketinq  lisenziyası  ilə  təltif  edib.  Bunu  2010-cu 
ilin  iyununda  “SOCAR”  və  “BOTAŞ”  arasında Anlaşma  Memorandumu 
imzalanmasının  məntiqi  nəticəsi  hesab  etmək  olar.  Sonra  EPDK  bəyan 
edib ki, ARDNŞ və “PETKİM”-ə Türkiyənin daxili bazarında 1,2 milyard 
kubmetr qaz satmağa icazə verir və qazın yerdə qalan hissəsini “STEAS” 
daxili  istehlakçılara  özü  satacaq.  ARDNŞ-in  Türkiyə  bazarında  qaz 
istifadəçilərinə  birbaşa  çıxışı  böyük  üstünlükdür.  Şirkət  bununla  özünü 
neftə  fiksə  olunmuş  qaz  qiymətlərinin  mütəmadi  dəyişməsi  nəticəsində 
satış  zamanı  hər  hansı  maliyyə  itkisindən  sığortalamış  olur.  Bunu  xarici 
şirkət  üçün  müstəsna  üstünlük  hesab  etmək  olar,  cünki  Türkiyənin  özəl 
şirkətləri  və  dövlət  inhisarçıları  yerli  qaz  paylayıcı  bazarda  dominantlıq 
edirlər.  Beləliklə,  Azərbaycanın  Avropaya  qaz  satışı  ilə  bağlı  apardığı 
danışıqların  nə  qədər  mürəkkəb  və  cətin  şəraitdə  keçməsi  məlum  olur. 
Azərbaycan  Türkiyəyə  qazın  ucuz  satılmasını  bu  qazın  birbaşa  türk  və 
Avropa  istehlakçılarına  satma  hüququna  sahib  olması  ilə  izah  edə  bilər. 
Qeyd edək ki, memorandumda hər iki məsələ öz əksini tapır. 
2011-ci il oktyabrın 26-da Türkiyənin İzmir şəhərində Azərbaycan ilə 
Türkiyə  arasında  qaz  tranziti  haqqında  imzalanan  sazişdən  əlavə,  dəyəri 
5  milyard  dollar  həcmində  olan  neft  emalı  zavodunun  2015-ci  ilədək  bu 
şəhərdə SOCAR və TURCAS tərəfindən tikilməsinə dair razılıq əldə edilib. 
Bu barədə sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 
Türkiyənin Baş naziri Rəcəb Tayyıb Ərdoğan imzalayıblar
11
. Sazişə əsasən, 
SOCAR birgə müəssisənin 75% payına sahib olacaq. Türkiyənin birdəfəlik 
9   http://www.socartrading.ch/  (accessed October 26, 2011)
10   http://www.epdk.gov.tr/web/guest;jsessionid=2D5A9B575513C81FE5AFCE6531CBF1F8 (October 
26, 2011)
11   “Azərbaycan-Türkiyə qaz sazişləri imzalandı” http://www.socar.az/3889-news-view-az.html (October 
27, 2011)



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin