Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər yatırır. Belə siyasətin yürüdülməsi Azərbaycan kimi istehsalçı ölkə üçün
olduqca vacibdir. Türkiyədə və digər qonşu ölkərlərdə neft emalı və neft-
kimya məhsulları istehsalına böyük həcmdə investisiyaların yatırılması
və yanacaqdoldurma stansiyalarının “SOCAR” brendi altında açılması
Azərbaycanı xammal ölkəsindən hazır neft məsulları ixrac eden dövlətə
çevirir ki, bu da neft gəlirlərinin axınını bir neçə dəfə artırır.
ARDNŞ ilk dəfə Gürcüstanda neft “downstream” bazarına
investisiyaların yatırımına başlayıb, lakin son bir neçə ildə daha çox
Türkiyədə bunu etməklə sərmayə siyasətini genişləndirir. Məsələn, 2006-cı
ildə ARDNŞ Türkiyənin pərakəndə yanacaq satışı ilə məşğul olan “Turcas
Petrol” şirkəti ilə strateji tərəfdaşlıq formalaşdırıb. Sonra Türkiyədə
investisiya imkanlarını genişləndirmək məqsədilə hər iki şirkət “STEAS”
(SOCAR Turcas Enerji AS) adlı birgə müəssisə yaradıb
7
. 2008-ci ilin
iyulunda Türkiyə hökuməti neft-kimya şirkəti olan “PETKİM”-in yarısını
özəlləşdirməyə qərar verdiyi zaman şirkət ilk dəfə fəaliyyətə başlayırdı
8
.
Konsorsium “SOCAR”, “TURCAS” və Səudiyyə Ərəbistanı şirkəti olan
və 51% paya iddia edən “İnjaz” şirkətlərindən ibarət idi, lakin “İnjaz”
şirkətinin yatırdığı 2,04 milyard dollar kifayət etmirdi. Sonradan Türkiyənin
Özəlləşdirmə Administrasiyası mövqeyini dəyişir və “İnjaz” konsorsiumu
tərk edərək payını geri təhvil verir.
“PETKİM” Azərbaycanın Türkiyədəki investisiyalarının başlanğıc
nöqtəsi oldu. “STEAS” Türkiyə üçün gündə iki yüz min barel neft məhsulları
istehsal etmə gücünə malik yeni neft hasilatı zavodunun Aliağada qurulması
barədə biznes planını - növbəti bir neçə on ilin ambisiyalı layihəsini tərtib
etdi. Dörd milyard ABŞ dolları həcmində sərmayə qoyulacaq zavodun
2014-cü ildə işə düşəcəyi gözlənilir. “PETKİM” həmçinin Türkiyədə ən
böyük bazara sahib olmaq ümidi ilə neft-kimya istehsalını diversifikasiya
etmək niyyətindədir. “STEAS” Qara dəniz regionunda ARDNŞ-i neft-
kimya məhsulları istehsal edən lider şirkətə çevirməyi böyük strategiyasının
bir hissəsi edib.
Aralıq dənizi sahilində neft-kimya məhsullarının istehsalına yatırdığı
investisiya ARDNŞ-i Qara və Aralıq dənizləri regionunda neft məsullarının
nəhəng ixracatçısına çevirir ki, dənizlər vasitəsilə şirkət bu məhsulları uzaq
ölkələrin bazarlarına ixrac etmək imkanına malik olacaq. Bunun nəticəsində
7 http://www.socarturcas.com.tr/UserFiles/Files/Steas/Sayi1/files/search/searchtext.xml (accessed Octo-
ber 25, 2011)
8 “Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri ARDNŞ-in Türkiyədə inşa etdiyi neftayırma zavodu-
nun təməlqoyma mərasiminə qatılacaq”
http://az.apa.az/news.php?id=238711
(October 25,
2011)