Ɔ
İnvestisiyalar
Son bir neçə il ərzində Türkiyənin Azərbaycana investisiyaları kəskin
dərəcədə azalıb. Türkiyənin iki ən böyük dövlət şirlkəti olan “BOTAŞ” və
“TPAO” Azərbaycana, ümumiyyətlə, investisiya yatırmır
5
. Azərbaycanın
4 “Baku-Tbilisi-Ceyhan Pipeline: Oil Window to the West”, edited by S. Frederick Starr and Svante
E. Cornell
http://www.silkroadstudies.org/new/inside/publications/BTC.pdf
(October 23, 2011)
5 Bağırov Sabit (2007) Azərbaycan nefti: gəlirlər, xərclər və risklər (Bakı: Mərkəzi Avropa Universiteti).
87
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
neft gəlirləri perspektivini nəzərə alaraq bu şirkətlər indi Yaxın Şərq
ölkələrinə xüsusilə İraqın neft “upstream” sahəsinə investisiyaların
yatırılmasına üstünlük verirlər. Son on ildə Azərbaycanda yeni neft
yataqlarının quru çıxması nəticəsində bir çox enerji şirkətləri hasilat
məkanlarını tərk edib. Məsələn, Türkiyənin “TEKFEN Construction”
şirkəti mütəmadi şəkildə Azərbaycanda enerji infrastrukturlarının tikilməsi
və reabilitasiya olunmasına dair sazişlərə imza atıb. Ən iri sazişi 2007-ci
ildə Sənqəçalda Cənub dəhliz boru xəttinin qaz ixrac terminalının tikilməsi
idi
6
. Rəsmi Bakı və Ankara arasında əməkdaşlıq güclənsə də, son bir
neçə il ərzində Azərbaycanın enerji sektoruna Türkiyə tərəfindən yatırılan
investisiyaların həcmində artım müşahidə edilmir.
Bu, iki səbəblə bağlıdır. Bir tərəfdən Azərbaycanda yalnız qaz “upstream”
layihələri cəlbedicidir və hər türk şirkəti mürəkkəb Xəzər mühitində qazın
hasil olunması üçün nə texnoloji, nə də maliyyə imkanlarına malikdir. Digər
tərəfdən isə Türkiyənin digər qonşuları daha cəlbedici investisiya məkanına
çevrilirlər. Nəzərə alaq ki, İraq böyük həcmdə neft və qaz potensialına
malikdir və buna görə də həmin ölkə Türkiyənin ən böyük enerji
investisiya məkanına çevrilib. Bundan əlavə, rəsmi Ankaranın bu ölkədə
siyasi ambisiyaları da mövcuddur. Türkiyənin hazırkı hakimiyyətinin
məqsədlərindən biri ərəb ölkələri və İraqa siyasi təsirini bərpa etmək və
Osmanlı imperiyası dönəmində olduğu kimi bu təsirin coğrafiyasını
genişləndirməkdir.
İki ölkə arasında enerji münasibətlərinin ilk on illiyində Türkiyənin
Azərbaycana olan məhdud enerji investisiyaları Azərbaycanın Türkiyədə
məhdud investisiyaları ilə əvəz olunur. 2005-ci ilədək Azərbaycan
Türkiyədə, xüsusilə enerji sektorunda investisiyaların yatırılması iqtidarında
deyildi. 2000-ci ilədək ölkəyə daxil olan neft gəlirlərinin əsas hissəsi
dövlət büdcəsinin kəsirlərinin aradan qaldırılması üçün xərclənirdi. Neft
Fondunun yaradılması və faktiki fəaliyyətindən sonra neft gəlirlərinin bir
qismi Azərbaycan iqtisadiyyatını saxlamaq üçün sərf olunurdu. Lakin son
illərdə dövlət büdcəsinə ən çox gəlir verən ARDNŞ Azərbaycandan kənarda
da fəaliyyətinin artırılması üçün yatırımlar edir.
Ölkənin yürütdüyü enerji siyasəti nəticəsində ARDNŞ-in bu qədər
sürətlə güclənməsi və zənginləşməsi yaxşı mənada təəccüb doğurur. On beş
il ərzində təcrübə toplayıb və gəlirlərini artıraraq həm şirkət, həm də ölkənin
maraqlarına uyğun xaricdə neft “downstream” bazarlarına investisiyalar
6
http://www.tekfeninsaat.com/achievements_awards.asp
(October 24, 2011)
|