Ɔ Azərbaycanla Türkiyə arasında imzalanan İzmir tranzit sazişi 2010-cu ilin iyununda tranzit və qazın qiymətlərini razılaşdırdıqdan
və memorandum imzaladıqdan sonra bir ildən artıq idi ki, Türkiyə ilə
Azərbaycan arasında fasiləsiz danışıqlar davam edirdi. Nəhayət, bu proses
2011-ci il oktyabrın 26-da İzmir şəhərində Prezident İlham Əliyev və
Türkiyənin Baş naziri Rəcəb Tayyıb Ərdoğanın tranzit sazişi imzalaması
ilə başa çatdı.
Saziş Cənub qaz dəhlizinin reallaşması üçün qarşıda duran əsas və
sonuncu maneəni - tranzit problemini həll etməklə layihənin reallaşmasını
bir qədər də asanlaşdırdı. Sazişə əsasən, Azərbaycan “Şahdəniz” qaz
yatağının ikinci fazasında (2017-ci ildən etibarən) əldə etdiyi illik 6,6
milyard m
3
qazı Türkiyəyə və ildə 10 milyard m
3
qazı Türkiyə ərazisi ilə
Avropa bazarlarına ixrac edəcək.
İki ölkə arasında tranzit sazişinin imzalanması Azərbaycan, Türkiyə və
Avropa enerji münasibətlərində yeni mərhələyə start verir. Qaz təchizatının
60%-dən 100%-ədək hissəsini yeganə mənbədən – Rusiyadan alaraq,