90 Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər ən iri həcmli investisiyası olan bu layihə ölkəyə əlavə gəlirlərin axınını və
yeni iş yerlərinin açılmasını təmin edəcək. Bundan əlavə, ildə 10 milyon
ton maye qaza ehtiyac duyan və hazırda bunu idxal edən Türkiyə zavod
vasitəsilə öz hesabına ölkəni maye qazla təmin etmə gücünə malik olacaq.
Nəticədə, Azərbaycan Türkiyədə yeni “downstream” bazarlarına
çıxışını planlaşdırır. Gürcüstanda uğurla yerləşdikdən sonra “SOCAR”
Türkiyənin enerji bazarında istər neft məsulları, istər neft-kimya, istərsə də
qaz bazarında artan aktiv rola malikdir.
Həm Azərbaycan, həm də Türkiyənin investisiya təcrübəsi hər iki ölkənin
yeni iqtisadi mövqeyini əks etdirir. İqtisadi təsirini postsovet məkanında
yaymaq uğursuzluğuna düçar olan Türkiyə bu regionda enerji investisiyaları
mövqeyini proqressiv olaraq məhdudlaşdırır və karbohidrogen istehsal edən
ölkələrlə əməkdaşlığa üstünlük verir. Bundan əlavə, Azərbaycan iqtisadi və
siyasi çətinliklərdən sonra sərhədlərindən kənarda, o cümlədən Türkiyədə
enerji sektoruna investisiya yatırımına başlayıb. Vaxtilə Türkiyədən
investisiya alan Azərbaycan hazırda bu ölkəyə sərmayə yatırır. Belə cərəyan
Azərbaycanın Xəzər-Qara dəniz regionunda enerji sahəsində artan lider
mövqeyindən irəli gəlir. Bu, həmçinin enerji tərəfdaşlığına əsaslanan yeni
münasibətlərin təməlini qoyur.