Ɔ Yekun Azərbaycanla Türkiyə arasındakı ticarət və investisiya həcminin
yüksələn dinamikasına baxmayaraq, fikrimizcə, ümumi dövriyyə qarşılıqlı
potensialı əks etdirmir. Çıxış yolu kimi isə Türkiyədən Azərbaycana
idxal edilən sənaye və investisiya təyinatlı malların, o cümlədən xammal
və yarımfabrikatların gömrük rüsum və vergilərindən azad olunmasını
vurğulamaq istərdik. Digər ticari mallar üzrə isə tətbiq olunan gömrük
rejimi qaydaları və rüsum səviyyələri saxlanıla bilər. Eyni zamanda, türk iş
adamlarının Azərbaycandakı nisbətən ucuz işçi qüvvəsi və daha az istehsal
xərclərindən yararlanaraq istehsallarını burada qurmaları və Azərbaycan
üzərindən Orta Asiya və digər region ölkələrinə mallarını ixrac etmələri
səmərəli olardı. MDB ölkələrinə (Türkmənistan istisna olmaqla) güzəştli
gömrük rejimi tətbiq olunur. Azərbaycanın türk mallarını reeksport etmək
imkanları da genişdir. İki ölkə arasında qeyri-tarif baryerlərinin (non-tariff barriers) də yumşaldılması mühümdür.
Regionda Rusiya-Gürcüstan konflikti, Yaxın Şərqdə baş verənlər və
Ermənistanla sərhədlərin açılması ajiotajı nəticəsində yaranan yeni reallıqlar
və bunun ikitərfli əlaqələrə təsiri məsələsi nəzərdən keçirilməlidir. Bölgədəki
enerji layihələrinin (“Nabukko”, “Mavi axın 2”, “Cənub axını”) perspektivi,
Azərbaycan və Türkiyənin bu istiqamətdə regional aktorlarla, o cümlədən
28 http://www.cbar.az (2011)