14 Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış xalqına müstəqilliyin yenidən bərpasının 20-ci ildönümü hədiyyəsi kimi
qiymətləndirirəm.
Türkiyənin 2009-2010-cu illər arasında BMT-də Təhlükəsizlik Şura-
sının qeyri-daimi üzvlüyünü yerinə yetirməsindən sonra Azərbaycanın da
2012-2013-cü illər üçün bu vəzifəni boynuna götürməsi hər iki ölkənin
beynəlxalq planda əldə etdikləri nüfuzun göstəricisidir.
Əsasən bu nüfuz üçün Türkiyə və Azərbaycan müxtəlif platforma-
larda ortaq fəaliyyət göstərir. Məsələn, Türkiyə ilə Azərbaycan Asiyada
Əməkdaşlıq və Etimad Yaratma Tədbirlər Konfransı, Türkdilli Ölkələrin
Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası və
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) kimi ortaq təsis edilən
regional təşkilatlarda əməkdaşlığı davam etdirirlər. Bundan başqa, Türkiyə
NATO-nun ən əhəmiyyətli üzv ölkələrindən biri olaraq Azərbaycanla NATO
arasındakı əlaqələrin inkişaf etdirilməsi üçün hər cür səy göstərir.
Türkiyə ilə Azərbaycanın türk dünyası üçün ortaq fəaliyyətlərinə xüsusilə
toxunmaq lazımdır. 2009-cu ildə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası
(Türk Şurası) qurulub, Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Gö-
rüşü Naxçıvanda keçirilib. Naxçıvan Sammitində imzalanan Müqavilə və İs-
tanbulda təşkil edilən Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Görü-
şünün İstanbul Bəyannaməsi ilə Şuranın təşkilatlanmasının təməli atılıb. Türk
Şurası ilk zirvə toplantısını 2011-ci il oktyabrın 20-21-də Almatıda keçirib.