Ɔ Cənubi Qafqazda Türkiyə-Azərbaycan İttifaqı İttifaqın süqutu ilə birlikdə bir tərəfdən Türkiyəyə qarşı böyük bir təhlükə
ortadan qalxdı, digər tərəfdən həm Sovet İttifaqının, həm də kommunizmin
məğlubiyyəti ilə Türkiyənin Avropa İttifaqı (Aİ) üçün əhəmiyyəti azaldı.
Müstəqilliyini yenidən qazanan ölkələr Avropa ilə Rusiya arasında tampon
bölgəni qalınlaşdırdı. İttifaqdan sonra regionda yeni, zəif dövlətlərin ortaya
çıxması Türkiyə üçün yeni fürsətlər yaratdı. Lakin eyni zamanda meydana
gəlmiş etnik münaqişələr Türkiyə üçün ciddi təhlükə doğurdu, Rusiya və
İran kimi tarixi rəqiblərlə mübarizə aparmaq məcburiyyəti yaratdı.
Soyuq müharibə dövründə Sovet İttifaqı və İran birbaşa Mərkəzi Asiyaya
aparan yollara hakim idilər. Türkiyə ilə Asiya ölkələri arasında fiziki
bağlantı yalnız dolayı yollarla təmin olunurdu. Cənub Qafqaz beynəlxalq
diplomatiyanın bir parçası olandan sonra Türkiyə üçün Mərkəzi Asiya və