18 Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri Azərbaycanın dəyərini qaldırır.
Türkiyənin qlobal siyasətdə gücü və dəyəri yaxın çevrəsindəki gücünə
bağlıdır. Yaxın çevrəsi Cənubi Qafqazda güclü olmayan Türkiyə Orta Asiya
və Xəzər hövzəsində güclü ola bilməz. Nəticədə, Rusiya və İran qarşısında
dar sahədə rəqs edən bir “rəqqas” kimi Avropa İttifaqı və ABŞ üçün
geosiyasi dəyəri azalar.
3
Əhməd Davudoğlu Türkiyənin Müstəqil Dövlətlər Birliyinə
(Azərbaycanın da üzv olduğu) yönəlik siyasətini çaşqınlıq, xəyalpərəstlik,
gözləmə mövqeyi və strateji axtarış şəklində dörd dövrə ayırır
4
. Sovet
İttifaqının dağılmasından sonra Türkiyə Cənubi Qafqaz siyasətində üç
böyük problem ilə qarşı-qarşıya qaldı: 1.Türkiyə 70 ildir sovet idarəsində
olan regionu yaxşı tanımırdı; 2.Türkiyənin qarşısında Rusiya və İran kimi
iki böyük rəqib var idi; 3.Regional etnik münaqişələr Türkiyə üçün təhlükə
yaradırdı.
5