28 Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri Rusiya ilə enerji müqaviləsi imzalaması və Prezident İlham Əliyevin
Rusiya səfəri Ankarada “Türkiyəyə qarşı gözdağı” kimi qiymətləndirildi.
Azərbaycan regionun böyük dövləti, Qarabağ məsələsində açar rolu
oynayan və qonşusu Rusiya ilə yaxın əməkdaşlıq edərkən bəzən Türkiyənin
narazılıqları ilə qarşılaşır. “Qarabağın işğalında əsas rol oynayan Rusiya”
ilə Azərbaycanın əməkdaşlığını tənqid etməsi Türkiyə-Azərbaycan arasında
bu məsələdə yanaşma fərqliliyini göstərir.
Türkiyə son illərdə xarici siyasətdə aktivliyini artırmaqla yanaşı,
regionda Azərbaycana dəstəyini də çoxaldıb. Türkiyə Prezidenti
Abdullah Gül 2010-cu il avqustun 16-da Azərbaycana səfəri zamanı uzun
illərdən sonra ilk dəfə iki ölkə arasında “Strateji tərəfdaşlıq və qarşılıqlı
yardım haqqında” Müqavilə imzalanıb.
27
Müqavilənin 1-ci maddəsinə
əsasən, Tərəflərin hər hansı biri ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təhdid edildiyi və ya təhlükə altında olduğu qənaətində olduqda, Tərəflər bu təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə təxirəsalınmadan məsləhətləşmələr aparacaqlar. 2-ci maddəyə görə isə Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəklər. Bu yardımın forması və həcmi təxirəsalınmadan Tərəflər arasında razılaşdırılacaqdır. Bu müqavilə
əsasən Azərbaycanı Rusiya-Ermənistan ikiliyinin hücumundan qorumaq
xarakteri daşıyır.Bu səfərdən üç gün sonra Rusiya Prezidenti Dmitri
Medvedev Ermənistana səfər edərək Ermənistandakı rus hərbi bazasının
qalma müddətini 49 il uzatdı. İmzalanan müqaviləyə əsasən, rus hərbi
bazaları Ermənistanda olduğu müddət ərzində Ermənistan silahlı qüvvələri
ilə birlikdə Ermənistanın təhlükəsizliyini qoruyur və bu məqsədlər üçün
Rusiya tərəfi Ermənistan Respublikasının müasir və uyğun silahlar, hərbi
(xüsusi) texnika ilə təminatının gerçəkləşməsinə yardımçı olur.
28
Türkiyə və Azərbaycanın Rusiya ilə münasibətləri düzəltmək üçün
gərgin fəaliyyətlərinə baxmayaraq, rəsmi Moskva Ermənistan kartından
istifadə edir. Rusiya Cənubi Qafqazda Türkiyə ilə rəqabətini davam etdirir
27 Türkiyə ilə Azərbaycan arasında bağlanmış “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında”
Müqavilənin mətni üçün bax. http://www.mediaforum.az/articles.php?lang=az&page=02&article_
id=20101215054430699, (15 avqust 2010).
28 http://www.tert.am/tr/news/2011/04/12/base/ (2 dekabr 2010)