31 Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri zəif olduğu 1991-1994-cü illərdə Cavaxetiya üzərində nəzarət zəifləyib.
34
Sovet İttifaqından sonra Gürcüstanın Cavaxetiya bölgəsində yerləşən 62-
ci rus hərbi bazası burada yaşayan ermənilər üçün iqtisadi və təhlükəsizlik
baxımından olduqca əhəmiyyətli idi. Bu səbəbdən bölgə erməniləri rus
hərbi bazasının Gürcüstandan çıxarılma qərarına, Gürcüstan hökumətinin
Türkiyə və Qərb dövlətləri ilə münasibətlərini möhkəmləndirməsinə,
Türkiyə və Azərbaycanın Gürcüstanda mövqeyini gücləndirəcək hər cür
addıma qarşı çıxıblar.
35
Gürcüstan ermənilərindən başqa Ermənistan dövləti də bir tərəfdən
Rusiyadan asılı dövlət kimi,
36
digər tərəfdən isə Gürcüstanda yaşayan
erməniləri dəstəkləmək yolu ilə Gürcüstan üçün təhlükə qaynağıdır. Türkiyə
və Azərbaycanla sərhədləri bağlı olan və Rusiya ilə quru əlaqəsini Gürcüstan
üzərindən təmin edən Ermənistan rəsmi şəkildə Gürcüstana qarşı irredantist siyasət izləyə bilmədi. Lakin Ermənistandakı bəzi radikal partiyalar və
QHT-lər Gürcüstandakı ermənilərə dəstək verdi. Həm Gürcüstan, həm də
Ermənistan qarşılıqlı olaraq bir-birindən asılı vəziyyətdə yaşayır. Türkiyə-
Ermənistan sərhədlərinin açılması Ermənistanın Gürcüstandan asılılığını
azaldacaq və bu isə Ermənistanın Gürcüstana qarşı siyasətinin dəyişməsinə
səbəb ola bilər.
37
Azərbaycan və Türkiyə Rusiya və Ermənistan təzyiqlərinə qarşı
Gürcüstanı qorumaqda birgə əməkdaşlıq edirlər. Hər iki dövlətin Gürcüstanı
dəstəkləməsi onu regional layihələrə daxil etməklə başlayıb. Regional
balansı dəyişən və tranzit ölkələrə xarici təzyiqlərə qarşı ciddi üstünlük
verən BTC və BTƏ kimi enerji layihələri Gürcüstan ərazisindən keçir. 2008-
ci ildə Gürcüstanın ərazisini bombalayan Rusiya hava qüvvələri BTC-yə
toxunmayıb və bu xətt Gürcüstanın Rusiya tərəfindən təkrar işğalına qarşı
bir qarant olub. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ, ingiliscə SOCAR)
Gürcüstana 470 milyon dollar sərmayə yatırıb, bir çox qazpaylayıcı şəbəkə
SOCAR-ın əlindədir. Bu şirkət Kulevi neft terminalının sahibidir və onun
Gürcüstanda 60-a yaxın yanacaqdoldurma məntəqəsi var.
38
Azərbaycan və Türkiyənin ortaq dəstəyi ilə Gürcüstan ərazisindən
keçən Bakı-Tbilisi-Axalkələk-Qars (BTAQ) dəmiryolu layihəsi qərb-şərq
nəqliyyat strukturunda Gürcüstana mühüm rol verir. Azərbaycan və Türkiyə
34 Kamil Ağacan, göstərilən əsəri. 35 Mamuka Komakia, Armenian Population in Georgia, United Nations Association of Georgia, january-
february 2003. S. 22.
36 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı Ermənistanda Gümrüdə yerləşən rus hərbi
bazasından qalxan təyyarələrin Gürcüstanı vurduğu iddia olundu.
37 Cavid Vəliyev, Türkiyə-Ermənistan protokolları: udan kim, uduzan kim?, göstərilən əsər, s. 31-32.
38 Trend, 26 iyul 2010.