37 Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri İsrail Türkiyənin hava və quru sahəsindən hərbi təlimlər üçün istifadə edib.
Türkiyə də öz növbəsində hərbi texnologiya sahəsindəki boşluqlarını İsrail
vasitəsilə doldurmağa çalışıb.
Ötən əsrin 90-cı illərində İsrailin adı Cənubi Qafqazdakı qütbləşmələrdə
Azərbaycan-Türkiyə-Gürcüstan üçlüyü ilə birlikdə hallanmağa
başlayıb. İsrail və Türkiyə vaxtaşırı Azərbaycanın mövqeyinin regionda
möhkəmlənməsi üçün əməkdaşlıq edib. Hər iki dövlətin Cənubi Qafqaz
siyasəti üst-üstə düşürdü və ABŞ-ın regiondakı müttəfiqi idilər. İranın
regionda yaymaq istədiyi rejimə qarşı Türkiyə-İsrail və Azərbaycanın
maraqları üst-üstə düşür.
İsrail-Azərbaycan münasibətlərinin inkişafında Sovet İttifaqının
dağılmasından sonra İsrailə köç edən azərbaycanlı yəhudilərin və Türkiyənin
böyük rolu olub. Azərbaycanın İsrail ilə müstəqillik dövründən sonra yaxın
əlaqələr qurmasının özünəməxsus səbəbləri aşağıdakılardır:
1. Müstəqilliyinin ilk illərində bir tərəfdən Ermənistanın işğalına
məruz qalan Azərbaycan digər tərəfdən beynəlxalq aləmdə erməni
diasporunun hədəfinə çevrildi. 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana
qarşı “907-ci düzəliş”i qəbul etməsi erməni diasporunun zəfəri olaraq
qiymətləndirilə bilər. Bu illərdə diaspor fəaliyyəti inkişaf etməmiş
Azərbaycan yəhudi diasporunun imkanlarından istifadə etmək üçün İsrail
ilə münasibətlərinə əhəmiyyət verdi.
49
2. Qarabağ müharibəsi illərində Ermənistan erməni diasporu və
Rusiyadan ciddi silah dəstəyi alırdı, Azərbaycan isə hərbi texnologiya
sahəsində çatışmazlıqlarını İsrail ilə əməkdaşlıq edərək aradan qaldırmağa
çalışırdı.
50
Hərbi sənaye kompleksi yaratma istəyi Azərbaycanı bu sahədə
inkişaf etmiş İsrail dövləti ilə əməkdaşlığa sövq edir.
İsrailin də Azərbaycanla yaxşı münasibətlər qurmaq üçün özünəməxsus
səbəbləri var. İsrail enerji ehtiyatı olmayan və dünya enerji ehtiyatlarının
65%-nin çıxarıldığı Yaxın Şərq regionunda yerləşməsinə baxmayaraq,
enerji zəngini Ərəb qonşuları ilə düşmən vəziyyətində olan dövlətdir. İsrail
təbii qaz və neft ehtiyacını Azərbaycandan təmin etməyə çalışır. İsrail
Azərbaycan ilə enerji əlaqələrini Türkiyənin Ceyhan limanı və Qara dəniz
üzərindən qurur. Fələstin məsələsinə görə İslam dünyasında çox mənfi bir
obrazı yaranan İsrail bu obrazı dəyişdirmək üçün digər müsəlman dövlətləri
ilə (Pakistan, Türkiyə, Azərbaycan) yaxın əlaqələr qurmaq istəyir. Bu
49 İlya Bourtman, “İsrael and Azerbaijan`s Furtive Embrace”, Middle East Quarterly, Summer 2006, pp.
47-57, p. 48.
50 İlya Bourtman, göstərilən əsəri, s. 49.