38 Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri mənada Azərbaycanla qurduğu əlaqələr onun müsəlman dünyasında
obrazının müsbət istiqamətdə dəyişməsinə xidmət edə bilər.
Bəzi təhlillərə görə, 90-cı illərdə Türkiyə-İsrail münasibətlərinin
yüksələn xətlə inkişafı İsrail hökumətinin Fələstin məsələsində barışa yaxın
olmasından irəli gəlirdi. 2000-ci ildə İsraildə Ariel Şaron hökumətinin
hakimiyyətə gəlməsi ilə birlikdə İsrail sülh prosesindən uzaqlaşdığı üçün
Türkiyə-İsrail münasibətləri dəyişməyə başlayıb.
51
Dəyişən münasibətlər
regional hadisələrə də təsir edib. İraqın işğalından sonra İsrailin Şimali
İraqdakı fəaliyyətləri, 2006-cı ildə Fələstində keçirilən seçkilərdə Həmasın
zəfərindən sonra Həmas Siyasi Bürosunun rəhbəri Halid Meşalın Türkiyə
tərəfindən qəbul olunması, 2006-cı il İsrail-Livan müharibəsinə Türkiyənin
sərt reaksiyası, 2008-ci ildə İsrailin Fələstinə qarşı hərbi əməliyyatı və
bu əməliyyatda istifadə etdiyi silahlara Türkiyənin reaksiyası, Ərdoğanın
Davosda İsrail Prezidenti Şimon Perezə qarşı jesti və nəhayət, “Mavi
Mərmərə” gəmisində 9 türk vətəndaşının İsrail əsgərləri tərəfindən öldrülməsi
iki ölkə arasında diplomatik münasibətlərin ikinci katib səviyyəsinə
düşməsinə səbəb olub. Əvvəlki illərdən fərqli olaraq “Davos” və “Mavi
Mərmərə” hadisələri sadəcə siyasi deyil, iqtisadi və hərbi münasibətlərə
də zərər verib. Türkiyə-İsrail münasibətlərində yaşanan böhranın İsrailin
mövcud hökumətinin tutduğu mövqedən qaynaqlandığını müdafiə edən
Türk hökuməti beynəlxalq aləmdə hər fürsətdə İsrailin mövcud hökumətinə
qarşı sərt açıqlamalar verir. Türkiyə İsrail-Fələstin məsələsini və İsrailin
nüvə silahları məsələsini beynəlxalq təşkilatlarda gündəliyə gətirmək yolu
ilə İsrail hökumətinə təzyiqləri artırmağa çalışır.
İsrail hökuməti hər fürsətdə Türkiyə ilə münasibətləri düzəltmək istədiyini
bildirsə də, Türkiyə hökuməti İsrailin Həmas və Fələstin məsələsinə baxış
tərzi dəyişməyincə geri addım atmayacağını bildirir. Mütəxəssislərin bir
çoxu Türkiyənin İsrailə qarşı bu siyasi dəyişikliyini ABŞ-dakı Barak Obama
administrasiyasının İsrail siyasətinin dəyişməsindən irəli gəldiyini müdafiə
edir. Bəzi mütəxəssislər isə Türkiyənin dəyişən İsrail siyasətinin Yaxın
Şərqdəki Ərəb xalqlarının dəstəyini almaq məqsədi daşıdığını bildirirlər.
Türkiyə-İsrail münasibətlərində yaşanan dəyişikliklər Türkiyədə
Azərbaycanın da Türkiyəyə açıq dəstək verəcəyi gözləntisini yaratdı.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Qılıçın “Türkiyə Azərbaycana
görə Ermənistanla sərhədlərini bağlı saxladı, Azərbaycan da İsrail
ilə münasibətlərini yenidən gözdən keçirməlidir” sözləri Türkiyə və
51 Özlem Tür, “Türkiye-İsrail İlişkileri: Yakın İşbirliğinden Gerilime?”, Orta Doğu Analiz, Nisan 2009,
Cilt 1, Sayı. 4, ss. 22-29, ss. 23-24.