Ɔ Azərbaycanın Şimali Kipr Türk Respublikası (ŞKTR) siyasəti Kipr 1571-ci ildə Osmanlı dövləti tərəfindən fəth olunub və Anadoludan
olan minlərlə türkmən adaya yerləşdirilib. 1878-ci ildə Osmanlı dövləti
Rusiya ilə müharibədə İngiltərənin dəstəyinə qarşılıq olaraq Misir yolu
üçün əhəmiyyətli olan Kiprin idarəçiliyini İngiltərəyə verib. Müqaviləyə
əsasən, Kipr hüquqi cəhətdən Osmanlıya bağlı olub və vergisini İstanbula
ödəyib. Lakin 1914-cü ildə Osmanlı dövlətinin İngiltərəyə qarşı Almaniya
tərəfindən müharibəyə girməsi ilə İngiltərə adanı tamamilə ələ keçirib.
İngiltərənin idarəçiliyinə keçəndən sonra hər fürsətdə Yunanıstanla
birləşməyi (Enosis
53
) tələb edən Kipr yunanları İkinci Dünya müharibəsi
52 Elxan Şahinoğlu, “İsraildə səfirlik açmaq lazımdır”, http://www.mediaforum.az/az/2009/05/29/%C4
%B0SRA%C4%B0LD%C6%8F-S%C6%8FF%C4%B0RL%C4%B0K-A%C3%87MAQ-LAZIMDIR-
014429267c02.html, (29.05.2009).
53 “Enosis” yunan dilindən tərcümədə “bir ölkənin sərhədlərinə daxil olmaq”, “birləşmək” mənasını verir.