39 Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri Azərbaycanda ciddi mübahisələrə səbəb olub. Hulusi Qılıcın açıqlamasına
reaksiya verən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-
siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanın hər zaman
Türkiyənin yanında olduğunu və bundan sonra da olacağını qeyd edib. İqtidar
Partiyası olan Yeni Azərbaycan Partiyasının icraçı direktoru Əli Əhmədov
Azərbaycanın Türkiyə və ya İsrail arasında seçim etmək məcburiyyətində
olması halında Türkiyəni seçəcəyini bildirib.
Səfir Azərbaycanın İsrail ilə münasibətlərini yenidən nəzərdən kecirməyi
təklif etsə də, tam mənada Azərbaycandan İsrailə qarşı hansı tədbirlərin
görülməsi açıqlanmayıb. Ümumiyyətlə, Türkiyənin istəklərinin nə olduğu
bilinmir. Türkiyə-İsrail arasında olduğu kimi Azərbaycan-İsrail arasında da
münasibətlər daha çox hərbi texnologiyalar sahəsindədir. Türkiyənin İsraildə
səfirliyi mövcud olduğu halda Azərbaycanın İsraildə səfirliyi mövcud
deyil, hətta İsrailin Baş naziri Benyamin Netenyahu 1997-ci ildə Heydər
Əliyev ilə görüşündə bunu xahiş etsə də, indiyə kimi Azərbaycanın İsraildə
səfirliyi açılmayıb.
52
Azərbaycanın Türkiyə-İsrail münasibətlərindəki
rolu haqqında ölkədə fikir ayrılığı mövcuddur. Bir qrup insan Türkiyənin
İsraillə münasibətini dəyişməsini düzgün hesab etmədiyi halda, digər qrup
Türkiyəni dəstəkləməyin tərəfdarıdır. Üçüncü qrup məsələdə tərəf olmaqdan
çox problemin həlli üçün Azərbaycanın vasitəçi ola biləcəyini qeyd edir.
Ümumiyyətlə, Azərbaycanın iki müttəfiqi arasındakı münasibətlərin daha
çox zərər görməsi həm Azərbaycanın regional maraqlarına ziddir, həm də
Azərbaycanı çətin vəziyyətə sala bilər.