26 Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri Azərbaycanın xarici siyasətində Rusiya ilə əlaqələrə üstünlük verəcəyini
və MDB-yə üzv olacağını bildirdi. 1993-cü il sentyabrın 20-də Azərbaycan
parlamenti uzun müzakirələrdən sonra ölkənin MDB-yə üzvlüyünü təsdiq
etdi və sentyabrın 24-də Heydər Əliyev Moskvaya gedərək MDB-yə üzvlük
müqaviləsini imzaladı. Lakin Heydər Əliyev hakimiyyətinin ilk illərində
xarici siyasətdə Rusiyaya üstünlük verməsi Azərbaycan üçün nəticəni
dəyişdirmədi. Rusiyanın dəyişməz mövqeyi Azərbaycanı Qərb dövlətləri
ilə daha sıx əməkdaşlıq apararaq, balanslaşdırma siyasəti yeritməyə vadar
etdi.
25
Xüsusən, 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”
Rusiyanın regiondakı gələcək mövqeyinin zəiflədilməsi baxımından
əhəmiyyətli rol oynadı. Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Bakı-Tbilisi-
Ərzurum (BTƏ) qaz xətləri regiondakı balansı son 20 ildə ciddi şəkildə
dəyişib. Heydər Əliyevin Türkiyə Respublikasının o dövrdəki Prezidenti
Süleyman Dəmirəl ilə şəxsi münasibətləri həm ölkə daxilində, həm də Qərb
dövlətləri ilə münasibətlərində Azərbaycana üstünlüklər verdi. Türkiyə-
Azərbaycan münasibətləri bu dövrdə “bir millət iki dövlət” şüarı əsasında
inkişaf etməyə başladı.
1993-cü ildə qəbul etdiyi “Yaxın çevrə” doktrinası ilə Rusiyanın
Azərbaycan siyasəti daha da sərtləşdi. Türkiyə ilə Rusiya arasında rəqabətin
davam etdiyi bu dövrdə Rusiya Azərbaycandan daha çox güzəşt əldə etmək
üçün həm daxildən, həm də Ermənistan vasitəsilə təzyiq göstərirdi. Rusiya-
Ermənistan-İran üçlüyünün əhatəsinə düşən Azərbaycan yalnız Gürcüstan-
Türkiyə vasitəsilə mühasirəni yarmağı bacardı. Azərbaycan-Gürcüstan-
Türkiyə üçlüyü BTC, BTƏ kimi enerji xətlərini dəstəklədi, Qarabağ,
Cənubi Osetya və Abxaziya kimi məsələlərin dövlətlərin ərazi bütövlüyü
çərçivəsində həllinə dəstək verdi, Rusiya-Ermənistan-İran üçlüyü isə BTC,
BTƏ və Qərb dövlətlərinin regionda enerji layihələrinə qarşı çıxdı, Xəzərin
sektorlara bölünməsi problemini yaratdı, regionda Ermənistan kimi işğalçı
dövləti, Abxaziya və Cənubi Osetiyada separatçı qüvvələri dəstəklədi.
26
Ötən əsrin 90-cı illərində belə mürəkkəb vəziyyətdə enerji layihələrini
həyata keçirməyi bacaran Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyü üstün
çıxdı və regionda rəqib üçlüyün mövqeyini zəiflətməyi bacardı. Lakin
rəqibin əlində həll olunmamış Qarabağ, Cənubi Osetya və Abxaziya kimi
münaqişələr vasitə kimi qalır.
25 Araz Aslanlı ve İlham Hesenov, “Haydar Aliyev Dönemi Azerbaycan Dış Politikası”, Ankara, Platin,
2005.
26 Hatem Cabbarlı, “Bağımsızlık Sonrası Ermənistan-Rusya İlişkileri”, Ankara Çalışması, ASAM,
Ankara, 2004.