Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər Ɔ Giriş Azərbaycanla Türkiyə arasındakı ikitərəfli iqtisadi əlaqələr son 20 ildə
digər qonşu ölkələr üçün nümunə və model ola biləcək keyfiyyət və dinamika
səviyyəsinə yüksəlib. 1991-ci il noyabrın 9-da Türkiyə Azərbaycanın
müstəqilliyini tanıyıb, diplomatik əlaqələr isə 1992-ci il yanvarın 14-dən
qurulub. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətdir
1
.
Türkiyə-Azərbaycan münasibətlərində müstəqilliyin ilk illərində olduğu
kimi son dövrlərdə də maraqlı yeniliklər yaşanır. İlk növbədə Strateji
Əməkdaşlıq Şurasının yaradılmasını qeyd etmək lazımdır. Eyni zamanda,
enerji sahəsi başda olmaqla iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq
yeni səviyyəyə çatıb. Qarşılıqlı rəsmi səfərlərin intensivliyi xeyli artıb.
Azərbaycanın sosial-iqtisadi inkişafında əvəzsiz rolu olan türk
şirkətlərinin (sayı 1000-dən artıqdır) ölkədə neft və qeyri-neft sektoruna
qoyduğu investisiyaların ümumi həcmi 6 milyard dollardan çoxdur. Bunun
yarısı qeyri-neft sektorunun payına düşür ki, son məlumatlara əsasən,
bu rəqəm 3 milyard dollardan artıqdır. Türkiyə sərmayəli şirkətlərdə
1 http://mfa.gov.az/images/stories/Ikiterefli%20munasibetler/Avropa/Turkiye.pdf
Rəşad RƏSULLU Azərbaycan Türkiyə İş Adamları Birliyinin
İdarə Heyəti sədrinin müavini
Kənan ASLANLI Azərbaycan Türkiyə İş Adamları Birliyinin
şöbə müdiri