83
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
Ɔ
Giriş
Azərbaycan və Türkiyənin siyasi, hərbi və iqtisadi münasibətləri
son iyirmi il ərzində daha aktiv inkişaf etməyə başlayıb. Hər iki ölkənin
möhkəm etnik, tarixi və coğrafi bağlılığı olsa da, siyasət və enerji sahələri
üzrə münasibətlərdə müəyyən boşluqlar qalmaqdadır. “Yüksək siyasətə”
(high politics) aid olan siyasi və hərbi əməkdaşlıq hələ də hər iki ölkə üçün
prioritet təşkil etmir. Halbuki, “aşağı siyasətə“ (low politics) aid olan ticarət
və enerji münasibətləri daha önəmli forma alaraq, öz anlamından çıxıb və
əgər belə demək mümkünsə, “yüksək siyasət” təəssüratı bağışlayır. Xüsusilə
enerji əməkdaşlığı digər sahələrdəki münasibətlərə təsir göstərərək, onları
yaxşılaşdırmaq və ya pisləşdirmək gücünə malikdir. Enerji məsələləri
kommersiya və mənfəətlə bağlı olduğundan hər iki ölkə qərar verdikdə
“rasional seçim” nəzəriyyəsinə uyğun olaraq milli maraqlarından çıxış
edir. Bu halda yuxarıda qeyd etdiyimiz etnik, tarixi və coğrafi bağlılıq kimi
amillər qərarların qəbul olunmasında təsiredici gücə malik olmur.
Son iyirmi il ərzində bu iki türk dövlətinin enerji sektorunda mürəkkəb
münasibətlər meydana gəlib. Müstəqiliyinin ilk illərində Azərbaycanın
enerji sektoruna cəlb olunan ilk ölkələrdən biri Türkiyə olub. Keçən
Gülmira RZAYEVA
Strateji Araşdırmalar
Mərkəzinin
İqtisadiyyatın
təhlili və qloballaşma
şöbəsinin
elmi işçisi
Dostları ilə paylaş: