Ɔ Monetar və maliyyə sahəsində əməkdaşlıq “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında
uzunmüddətli iqtisadi əməkdaşlıq Proqramı və İcra Planı”na görə,
Azərbaycan və Türkiyə bankları arasındakı əlaqələrin daha da inkişaf
etdirilməsi məqsədilə əməkdaşlıq davam etdiriləcək. Azərbaycanda kapital
bazarı və birjaların inkişafı məqsədilə əməkdaşlıq aparılacaq, bu sahədə
Azərbaycanın ehtiyac duyduğu texniki yardım və mütəxəssisləri imkanlar
çərçivəsində Türkiyə təmin edəcək
27
.
Ortaq monetar məkanın qurulmasında milli valyutaların rolu
danılmazdır. Yeni türk lirəsi (TRY) yeni Azərbaycan manatı (AZN)
qarşısında son 5 ildə müxtəlif məzmunlu faktorların təsiri ilə dəyişkən
məzənnə sərgiləyib. 2006-cı ilin ortalarına qədər davam edən lirədə
dalğalı ucuzlaşmanı, 2008-ci ilin əvvəllərinə qədər davam edən dalğalı
bahalaşma əvəz edib. 2008-ci ilin əvvəllərindən 2009-cu ilin əvvəllərinə
qədər isə durğunluq və yenidən lirənin manat qarşısında bahalaşması
dönəmi olub. 2009-cu ilin aprelində isə lirə bir qədər bahalaşaraq 1 TRY
= 0.5 AZN həddinə çatıb. Ancaq 2010-2011-ci illər ərzində bu məzənnədə
26 http://socar.az/3889-news-view-az.html
27 http://e-qanun.az/print.php?internal=view&target=1&docid=13851&doctype=0