Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər dəstək sazişləri Nabukko Konsorsiumuna daxil olan şirkətlər və hər bir
tranzit ölkəsinin hökuməti arasında imzalanan ikitərəfli hüquqi sazişlərdir.
Dəstək sazişlərinin əsas elementləri Türkiyə qanunvericiliyi əsasında
Avropa İttifaqının yardımı ilə işlənib hazırlanmış səmərəli tranzit
rejiminin təsdiq olunması, “Nabukko” boru kəmərinin qanunda potensial
dəyişikliklərdən müdafiəsi və layihənin gələcək icrası üçün qanunverici
və inzibati fəaliyyətə dəstəkdən ibarətdir.
İki ölkə arasında qaz sahəsində əməkdaşlığın perspektivləri çox
əhatəlidir. Azərbaycan 2011-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi
üçün əlavə vəsait ayırıb. Həmçinin elektrik enerjisi sahəsində əməkdaşlıq,
xüsusən Türkiyə, Gürcüstan və Azərbaycanın elektrik ötürücü xətlərinin
birləşdirilməsi, habelə Türkiyəyə elektrik enerjisi ixracı da rəsmi
gündəmdədir.
Enerji sahəsində iki ölkə arasında uzun müddət müzakirə predmeti olan
təbii qazın nəqli qiymətlərində yeni formul artıq razılaşdırılıb. Bununla
da həm “Şahdəniz” yatağı üzrə 1-ci fazada Türkiyəyə satılmış qazın yeni
qiymətləndirilməsindən sonra həmin ölkənin qaz borcu problemi, həm də
2-ci faza üzrə yeni nəql həcmi və qiyməti problemi xeyli dərəcədə həllini
tapıb. 2010-cu il dekabrın sonunda Türkiyə “Şahdəniz” səhmdarlarına
qaza görə borcunu da ödəməyə başlayıb. 2010-cu ilin iyununda rəsmi
Bakı və Ankara Türkiyə bazarında qazın qiyməti və “Şahdəniz 2” layihəsi
çərçivəsində Azərbaycan qazının həcmi üzrə razılıq əldə edib.
“Şahdəniz”in işlənməsinin 2-ci mərhələsindən Türkiyəyə ildə 6
mlrd. kubmetr və Türkiyədən tranzitlə Avropaya 10 mlrd. kubmetr qaz
göndərilməsi realdır. “Mərhələ 2” layihəsi çərçivəsində boru kəmərinin
tikintisi də daxil $25-30 milyard investisiya qoyulacaq. “Şahdəniz” qazının
əsas alıcısı olan Türkiyə daim alış həcmini azaldır. Əgər 2008-ci ildə bu
ölkə Azərbaycandan 5,3 milyard kubmetr qaz almışdısa, 2009-cu ildə 5,1
milyard kubmetr, ötən il cəmi 4,9 milyard kubmetr qaz alıb. 2011-ci ildə
həmin göstəricinin 4,75 milyard kubmetrə düşəcəyi gözlənilir
25
.
2011-ci ilin oktyabrında iki ölkə arasında Türkiyənin Azərbaycandan qaz
almasına və Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranzitinə
imkan verən bir sıra mühüm qaz ixracı sazişləri imzalanıb. Bu sənədlərə
Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında hökumətlərarası
saziş, ARDNŞ və “BOTAŞ” arasında, eləcə də Azərbaycan Qaz Təchizatı
25 http://www.milli.az (2011)