118 Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri Yusuf Ziya Özcanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda ilk rəsmi
səfərdə olub, Azərbaycanın təhsil naziri Misir Mərdanovla görüşüb.
Görüş zamanı nazir qonaqlara iki ölkə arasında mövcud əlaqələrin
genişləndirilməsi üçün görülən işlər haqqında ətraflı məlumat verib
və qeyd edib ki, digər ölkələrlə müqayisədə Türkiyədə ali təhsil alan
azərbaycanlı tələbələrin sayı ilbəil artmaqdadır. Nazir Prezident İlham
Əliyev tərəfindən təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” haqqında da
qonaqlara məlumat verib. Təhsil naziri ölkəmizdə fəaliyyət göstərən
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin, Azərbaycan Türk Özəl liseylərinin
və Qafqaz Universitetinin nümunəvi təhsil ocaqları kimi tanındığını
və bu təhsil ocaqlarının Azərbaycanla Türkiyə arasında körpü rolunu
oynadığını bildirib.
Qardaş Türkiyə ilə təhsil sahəsində əməkdaşlığın ən nəzərəçarpan
sahələrindən biri tələbə mübadiləsidir. Qeyd olunan müvafiq sənədlər
tələbə mübadiləsi sahəsində uğurlu əməkdaşlıq üçün geniş perspektivlər
açır. Qarşılıqlı şəkildə müəyyən olunmuş sayda təqaüd yerlərinin
ayrılması, eyni zamanda bu təqaüddən kənar öz imkanları hesabına
ödənişli olaraq qarşı tərəfin ali məktəblərində təhsillə bağlı məsələlərin
tənzimlənməsi həmin sənədlərdə nəzərdə tutulub. Buna görə Azərbaycan
vətəndaşlarının xaricdə ən çox təhsil aldığı ölkə Türkiyədir, həmçinin
təhsil üçün Azərbaycana üz tutan xarici tələbələr içində qardaş ölkə
nümayəndələri sayca birinciliyini bu gün də saxlayır. Ümumilikdə, hər
iki ölkədən qarşı tərəfin ali məktəblərində təhsil alan tələbələrin sayı bir
neçə mindən artıqdır. Sənədlərdə də qeyd olunduğu kimi, hər iki tərəf
ölkələrində faəliyyət göstərən dövlət ali məktəblərində tərəfdaş ölkədən
gələn tələbələrin təhsil almaları üçün müvafiq şəraitin yaradılmasını
öz üzərinə götürmüşdür. Bunun üçün tərəflər müəyyən kontingent
çərçivəsində təqaüdlər də ayırmaqdadır. Təşəkkür hissi ilə qeyd
etməliyik ki, 1992-ci ildən etibarən Türkiyə Respublikası Hökumətinin
həyata keçirdiyi “Böyük Tələbə Layihəsi” çərçivəsində azərbaycanlı
gənclər Türkiyənin ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil almış
və almaqda davam etməkdədirlər. Məhz bu layihənin həyata keçirilməsi
nəticəsində onlarla azərbaycanlı gənc diplomdan sonrakı təhsil – tibdə
uzmanlıq proqramları üzrə təhsil almaq üçün Türkiyə ali məktəblərinə
göndərilmiş və onların artıq böyük bir qrupu təhsillərini uğurla bitirərək
ölkəmizin müxtəlif tibb mərkəzlərində tibbin müxtəlif sahələrini əhatə
edən ixtisaslar üzrə (ürək-damar cərrahiyyəsi, urologiya, ginekologiya,