116 Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri türk liseylərinin türkiyəli müəllimləri tərəfindən aparılır. Dərslərin daha
keyfiyyətli və maraqlı keçməsi üçün Türkiyə Respublikasının Bakıdakı
səfirliyi həmin məktəblərin hər birində bir sinif otağını yeni məktəb mebeli
ilə yanaşı, kompyuter dəsti, televizor və tələb olunan dərsliklərlə təchiz
edərək “Türk dili” kabineti təşkil edib.
Türkiyə tərəfi ilə təhsil sahəsində imzalanmış protokolların müvafiq
bəndlərinə uyğun olaraq əməkdaşlıq istiqamətində görülən işlərin icrasına
nəzarət, qarşılıqlı müzakirələrin aparılması, qarşıya çıxan problemlərin
vaxtında həll edilməsi üçün müvafiq təkliflərin hazırlanması, iki ölkənin
təhsil nazirlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə hər iki
tərəfin nümayəndələrindən ibarət yaradılan Daimi Komissiyanın fəaliyyəti
tənzimlənir. Bu günə qədər Daimi Komissiyanın 8 iclası keçirilmişdir.
Türkiyə Respublikasının milli təhsil naziri Hüseyn Çeliyin dəvəti ilə
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun başçılıq
etdiyi nümayəndə heyəti 2005-ci il 14-20 mart tarixində Türkiyədə olub.
Səfərin əsas məqsədi Azərbaycan ilə Türkiyə arasındakı təhsil sahəsində
aparılan çoxtərəfli və inkişaf etmiş əməkdaşlığın genişləndirilməsi, təhsil
sənədlərinin (xüsusilə ali təhsili əhatə edən) qarşılıqlı tanınmasına dair
danışıqların aparılması idi. Azərbaycan nümayəndə heyəti ilə Türkiyə
Respublikası Yüksək Öyrətim Kurulu Başqanlığı və Milli Təhsil Nazirliyi
arasında qabaqcadan planlaşdırılmış danışıqlar zamanı ölkələrimiz arasında
təhsil sahəsindəki ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, 1993-cü ildən
etibarən Türkiyə tərəfindən maliyyəşdirilən “Böyük Tələbə Layihəsi”
çərçivəsində yüzlərlə azərbaycanlı gəncin Türkiyənin ən qabaqcıl ali
məktəblərində Azərbaycan iqtisadiyyatının bugünkü tələblərinə cavab verən
müasir ixtisaslar (o cümlədən tibb) üzrə hazırlanması, eyni zamanda türk
gənclərinin dövlət və qeyri-dövlət xətti ilə Azərbaycanın ali məktəblərində
təhsilləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan ali məktəbləri ixtisaslarının Türkiyə Ali Təhsil Şurası
tərəfindən tanınmasının mahiyyəti qeyd olunmalıdır. Türkiyənin təhsillə
bağlı milli qanunvericiliyi və Ali Təhsil Şurasının qaydalarına görə,
türkiyəli gənclər xarici ölkə ali məktəblərinin yalnız Ali Təhsil Şurası
tərəfindən tanınan ixtisasları üzrə təhsil ala bilərlər. Əks halda onlar tələbə
kimi Türkiyə tərəfindən tanınmır, nəticədə aldıqları diplomları tanıtmaq
üçün çox ciddi problemlərlə üzləşirlər. Buna görə, türkiyəli gənclər bu
və ya digər xarici ölkədə Ali Təhsil Şurası tərəfindən tanınan müəyyən
ali məktəblərin konkret ixtisasları üzrə təhsil ala bilərlər. Burada maraqlı
cəhətlərdən biri də ondan ibarətdir ki, türkiyəli abituriyentlər ölkələrində