84
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
əsrin 90-cı illərinin əvvəlindən indiyədək hər iki ölkə arasında enerji
əməkdaşlığı üçüncü tərəflərin təsiri və çoxtərəfli münasibətlər çərçivəsində
həyata keçirilir. Bu mənada Türkiyənin siyasi və enerji ambisiyaları
Türkmənistandan Avstriyaya, Rusiyadan Suriyayadək mürəkkəb geosiyasi
kontekstdə inkişaf edir. Şübhəsiz, soyuq müharibədən sonrakı dönəmdə
enerji sahəsində ikitərəfli münasibətlər yürüdülməsi və hər iki dövlətin
tranzit və ya istehsalçı ölkə kimi yalnız öz maraqlarından çıxış etməsi, digər
oyunçuların maraqlarının nəzərə alınmaması yanlış olardı. Bu baxımdan,
Xəzər dənizi karbohidrogen resurslarının Türkiyə üzərindən qərbə nəql
olunması barədə hər iki ölkə arasında aparılan danışıqlarda birtərəfli şərtlərin
irəli sürülməsi, adətən, prosesin uzanmasına gətirib çıxarır və nəticə vermir.
Azərbaycan-Türkiyə enerji münasibətlərində üçüncü tərəfin rolunu, bu və
ya digər layihənin reallaşması üçün maraqlı qrupların lobbiçiliyini və qərar
verən zaman transmilli enerji şirkətlərinin təsirini nəzərə almaq vacibdir.
Məqalədə iki ölkə arasındakı mürəkkəb enerji münasibətlərində mövcud
olan boşluqlar analiz edilib, bir-biri ilə bağlı qərarların qəbulunda güclü və
zəif tərəflər sadalanıb, çoxmərhələli yanaşma çərçivəsində hər iki dövlətin
rasional seçiminin təhlili nəzərdə tutulub.
Dostları ilə paylaş: