Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər verilməsi o zaman Türkiyəni narahat edən əsas məsələ idi. İki dəfədən
artıq payın İrana verilməsi rəsmi Ankaranı vadar edir ki, daha böyük pay
qazanmaq üçün deyil, nəqliyyat marşrutlarının ərazisindən keçirilməsi
istiqamətində fəaliyyətə başlasın və beləliklə, Türkiyənin regionda enerji
üzrə mühüm yer tutmasına nail olsun. Bunun nəticəsi kimi Azərbaycan
neftinin Gürcüstan vasitəsilə qardaş ölkə ərazisindən dünya bazarlarına
çıxarılmasını müdafiə edən əsas dövlət Türkiyə olur və bu yanaşma BTC-
nin reallaşmasına böyük töhfə verir.
Tranzit gəlirlərdən əlavə BTC həm də ona görə Türkiyə üçün sərfəli
idi ki, nefti dünya bazarlarına ölkənin həddindən artıq yüklənmiş Bosfor
boğazından deyil, digər marşrutla nəql edəcəkdi. BTC layihəsi ilk dəfə
gündəmə gələndə bəzi transmilli enerji şirkətləri bu təşəbbüsü siyasi və
mürəkkəb sayaraq, bunun əvəzinə Bakı-Supsa marşrutunu genişləndirməklə
əlavə həcmdə neftin məhz bu yolla nəql olunmasını təklif etmişdilər. Lakin
Türkiyə həddindən artıq yüklənmiş Bosfor boğazından neftin keçməsinə
kəskin etirazını bildirir və onun ətraf mühitə zərərli olduğunu iddia edir.
Rəsmi Ankara bəyan edir ki, boğazda tanker tıxacının yaranmaması
məqsədilə onların oradan keçməməsinə göstəriş vermə hüququna malikdir
ki, bu da Bakı-Supsa kəmərini kommersiya baxımından əlverişsiz duruma
sala bilər. Şirkətlər 1936-cı ilin “Montreux Konvensiyasına”
2
istinadla
Bosfor boğazına çıxış hüquqlarının mövcud olmasına iddia etsələr də,
ABŞ Türkiyənin mövqeyini və BTC-nin reallaşmasını dəstəkləyir. Bundan
əlavə, BTC ABŞ-ın Xəzər dənizi enerji siyasətində əsas mərkəz nöqtəsi
olur. ABƏŞ-in prezidenti Terri Adams Bakı-Supsa və Bakı-Novorossiysk
boru xətləri ilə neftin nəqli arzusunda olmasına baxmayaraq, BTC-nin
reallaşmasını dəstəkləyir və onun ərsəyə gəlməsində böyük siyasi rol
oynayır
3
. Layihə ABŞ-ın siyasi maraqlarına tam cavab verirdi və boru
xətti nə Xəzər dənizindən Rusiya ərazisi vasitəsilə Qara dənizə, nə də İran
ərazisindən Türkiyəyə çıxırdı. Bu amil ABŞ üçün olduqca vacib idi.
Bakının layihəyə İran kimi mürəkkəb bir oyunçunu gətirməsi və ona
5% pay ayırması təsadüfi deyildi. Keçən əsrin 90-cı illərinin əvvəlində
Xəzər dənizi karbohidrogen resurslarının qərb istiqamətində nəqli İranın da
milli maraqlarına zidd idi və məhz bu səbəbdən kəskin etiraz sərgiləyirdi.
İran üçün Xəzər dənizinin delimitasiya məsələsi həll olunmadan və İranın
2 “Montreux Convention 1936” http://www.globalsecurity.org/military/world/naval-arms-control-1936.
htm (October 20, 2011)
3 Terry Adams (2009) “Baku Oil Diplomacy and ‘Early Oil’ 1994-1998: an External Perspective”, in
Petersen, Alexandros and Fariz Ismailzade (2009) Azerbaijan in Global Politics: Crafting Foreign Policy
(Bakı: Azərbaycan Diplomatik Akademiya), s. 225-252.