Ɔ Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri Qeyd etdiyimiz kimi, müstəqilliyinin ilk illərində Azərbaycanın enerji
sektoruna cəlb olunan ölkələrdən biri Türkiyə idi. Hələ 1993-cü ildə
Türkiyənin dövlət şirkəti “BOTAŞ” neftin mümkün ixrac yollarını təklif
edərək ən səmərəli və potensial marşrutun Bakı və Türkiyənin Aralıq
dəniz limanı olan Ceyhan arasında olduğunu iddia edirdi. Eyni zamanda,
Türkiyənin digər dövlət neft şirkəti “TPAO” (Türkiye Petroleri A.O.)
“Azəri-Çıraq-Günəşli” yatağından neft hasilatına dair danışıqlarda iştirak
edən konsorsiuma daxil idi.
1993-cü ildə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyevin xüsusilə
enerji sahəsində yürütdüyü balanslaşdırılmış siyasəti rəsmi Ankaranı tək
və əsas strateji tərəfdaş qismində görmür və bunun nəticəsi kimi “TPAO”
Azərbaycan Beynəlxalq Əməkdaşlıq Şirkəti (ABƏŞ) konsorsiumunda
yalnız 2% paya sahib olur
1
. Bu fakt Azərbaycanın xarici siyasətinin qərb
istiqamətində balanslaşdırılmış şəkildə formalaşmasından xəbər verir.
İranın neft şirkəti “NİOC”-a ABƏŞ konsorsiumunda 5%-lik payın
1 Hemming, Jonathan (1998) “The Implications of the Revival of Oil Industry in Azerbaijan”, CMEIS
Occasional Paper 58 (Durham: University of Durham), available at http://dro.dur.ac.uk/94/1/58DMEP.pdf