30. Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə işlərin növbəliliyi, ardıcıllığı və mərhələlərlə aparılması Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə xilasetmə işlərinə bilavasitə rəhbərlik aşağıdakı orqanlar tərəfindən həyata keçirilir:
-nəticəsi ancaq bir istehsalat binasını əhatə edən qismən fövqəladə hallar zamanı-obyekt fövqəladə hallar komissiyası;
-nəticəsi ancaq bir obyektin ərazisini əhatə edən obyekt miqyaslı fövqəladə hallar zamanı lazımi hallarda rayon(şəhər) və sahə fövqəladə komissiyalarının operativ qrupları da iştirak etməklə, obyekt fövqəladə hallar komissiyası;
-nəticəsi rayonun (şəhərin) ərazisini əhatə edən yerli FH zamanı- Respublika Fövqəladə Hallar Nazirliyi;
Fövqəladə halların nəticələrinin aradan qaldırılması işləri adətən aşağıdakı ardıcıllıqla təşkil edilir:
-istehsalatdakı işçilərin və təhlükə yaranan sahələrdə əhalinin xəbərdarlıq edilməsi və mühafizə olunması; bu işi obyektdə yaradılmış məhdud xəbərdarlıq sistemindən istifadə etməklə növbətçi-dispetçer müəyyən olunmuş qaydada yerinə yetirilir.
-qəzanın məhdudlaşdırılması və ən təcili xilasetmə işlərinin görülməsi;
-fəlakətin miqyasını, onun törətdiyi təhlükənin xarakterini və s. təyin etmək üçün kəşfiyyatın təşkili;
-xilasetmə işlərinə cəlb ediləcək qüvvə və vasitələrin müəyyənləşdirilməsi, onların hazır vəziyyətə gətirilməsi;
-xilasetmə işləri aparmaq üçün qərar qəbul edilməsi və işlərin təşkili;
-obyektin istehsalat fəaliyyətinin (əhalinin normal həyat fəaliyyətinin) bərpa olması.
Istehsalat qəzaları və təbii fəlakətlərin nəticələrini aradan qaldırarkən xilasetmə işlərinin aparılması qaydaları digər müvafiq hallarda olduğu kimidir.
31. Təbii fəlakətlər Təbii fəlakətlər – insan iradəsinə tabe olmayan, təbiət qüvvələrinin hərəkəti nəticəsində qəflətən baş verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa ağır nəticələrə səbəb olan faciəli təbii təzahür və ya proseslərdir. Təbii fəlakət çоxsaylı insan tələfatına, böyük maddi zərərə (itkilərə) və digər ağır nəticələrə gətirə bilən faciəli təbii təzahür və ya prosesdir. Təbii fəlakətlərə zəlzələlər, vulkan püskürmələri, sellər, sürüşmələr, uçqunlar, daşqınlar, quraqlıqlar, qasırğalar, tufanlar, qar basqınları və uçqunları, uzun müddətli güclü yağışlar, güclü davamlı şaxtalar, genişmiqyaslı meşə və torf yanğınları aiddir. Bura həm də 1974-cü ildə Venesuella Konfransında epidemiyalar, epizootiyalar, epifitotiyalar, meşə və kənd təsərrüfatı zərərvericilərin kütləvi yayılması da daxil edilmişdir. . Elmi-texniki tərəqqinin nailiyyətinə baxmayaraq cəmiyyət üçün fəaliyyət təhlükəsi, o cümlədən də təbii fəlakətlərin törətdiyi təhlükə artmaqdadır. Təbii fəlakətlərdən zərər çəkənlərin sayı ildə təxminən 6% artır. Bu, əhalinin sürətli artımı və iri şəhərlərdə çox sıx halda məsunlaşması, təbii mühitin korlanması və təhlükəli kortəbii hadisələrin güclənməsinə imkan yaranması, eləcə də bir çox ölkələr arasında kommunikasiya və texnoloji əlaqələrin poulması ilə izah edilir. Epidemoloji fəlakətlər üzrə Elmi-Mərkəzin(Brüssel) məlumatlarına görə, 1965-ci ildən 1992-ci ilədək dünyada təbii fəlakətlərdən 3,6 milyon insan məhv olmuş, 3 milyarddan çox adam zərər çəkmiş, ümumi iqtisadi ziyan 340 milyard dollardan artıq olmuşdur. Ən çox iqtisadi itkilər törədən fəlakətlər subasma, quraqlıq və zəlzələdir; bunlar möcud olan bütün fövqəladə hadisələrin müvafiq surətdə 32,22 və 10 faizini təşkil edir. Təbii fəlakətlər davam etmə müddətinə görə iki cür olur: -qəflətən baş verənlər (zəlzələlər, qasırğalar,tornadolar); -uzunmüddətli davam edənlər (epidemiyalar, daşqınlar, epizootiyalar və s.) Təbii fəlakətlər yaranma səbəblərinə görə də iki cür olurlar: Təbii amillərlə bağlı olanlar (vulkan püskürməsi, dəniz səviyyəsinin güclü ləngəri, güclü daşqınlar, qasırğalar, güclü hərarətli hava, buzlaşma və s.). Bunlar əsasən maddələrin sürətli yer dəyişməsi (zəlzələ və sürüşmələr), yerdxili enerjinin üzə çıxması (vulkanlar), çaylarda, göllərə, dənizlərdə suyun səviyyəsinin qalxması (daşqınlar, sunamilər), qeyri- adi küləyin təsiri (qasırğa, uraqan, tornadolar). Antropogen amillərlə bağlı olanlar (toz burulğanları, erroziya) Bir çox təbii fəlakətlərin yaranması isə həm təbii, həm də antropogen amillərlə bağlı olur (yanğınlar, torpağın erroziyası, uçqunlar və s.)
Təbii xarakterli fövqəladə hadisələr. 1) Geofiziki təhlükəli təzahürlər: 1) zəlzələlər; 2) vulkan püskürmələri.
2) Geoloji təhlükəli təzahürlər (ekzogen geoloji təzahürlər): 1) sürüşmələr; 2) sellər; 3) qar uçqunları. 3) Meteoroloji və aqrometeoroloji təhlükəli təzahürlər: - tufanlar (9-10 bal); - qasırğalar (12-15 bal); - iri həcmli dolu; 4)Dəniz hidroloji təhlükəli təzahürlər: - tayfunlar; - sunamilər (qravitasiyalı dəniz dalğaları); - güclü dalğalar (5 bal və daha yüksək); - dəniz səviyyəsinin güclü ləngəri; - erkən buz örtüyü və ya hərəkətsiz qalın buz qatı; - gəmi və liman tikililərinin buzlaşması; - sahil buzlarının qopması. 5) Hidroloji təhlükəli təzahürlər: - suların yüksək səviyyəsi (daşqın, subasma); - yeraltı suların daşqınları (əsasən buzlar əriyən vaxt); - yağış daşqınları; - maneə və əngəllər (çay mənsəbində xırda buzların toplaşaraq sıxlıq yaratması); - suyun aşağı səviyyəsi; 6) İnsanların infeksion (yoluxucu) xəstəlikləri: - epidemiyalar (insanların kütləvi şəkildə yoluxucu xəstəliklərə tutulması); - ekzotik və xüsusi təhlükəli yoluxucu xəstəliklərin tək-tək təsadüf edilən halları. 7) Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri: - epizootiya (heyvanların yoluxucu xəstəliklərinin geniş yayılması); - enzootiya (müəyyən ərazidə heyvanlar arasında epidemiya); 8) Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması: - inkişaf edən epifitotiya (bitkilərin kütləvi xəstəlikləri); - bitki zərərvericilərinin kütləvi yayılması.